Laçın özünün inkişaf dövrünü yaşayır
Siyasət

Laçın özünün inkişaf dövrünü yaşayır

Doğma yurdlarını may ayında tərk edən laçınlılar 31 il sonra elə may ayında da Vətənə döndülər

44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü təmin edən Azərbaycan öz torpaqlarına sahib çıxdı. Kənd-kənd, şəhər-şəhər bütün  ərazilərini düşməndən geri aldı. Müharibəni sona çatdıra bilməyən qarşı tərəf təslim oldu. Azərbaycan Prezidenti, Rusiya Prezidenti Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1- Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı əsl sahibinə təhvil verildi.

Düşmən təcavüzünə  qətiyyətlə sinə gərən, çətinliklərə, məşəqqətlərə boyun  əyməyən Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. O illərdə Azərbaycanda hakimiyyət uğrunda səngimək bilməyən  mübarizələr düşmənə alçaq niyyətini həyata keçirməyə meydan açırdı. Məqsədlərinə çatmaq üçün  hər vasitəyə əl atan  AXC-Müsavat cütlüyünün xəyanətkarlığı nəticəsində 1992-ci il  may ayının 8- Şuşa ermənilər tərəfindən işğal olunduqdan sonra Laçın ətrafında yerləşən rayon yaşayış məntəqələrini ələ keçirən erməni silahlı qüvvələri daha da fəallaşmışdı. Mayın 16-dan 17- keçən gecə  Şuşa şəhərinin Turşsu ərazisindən Gorus rayonu istiqamətindən Laçın rayon mərkəzi intensiv olaraq ağır artilleriya silahlarından  atəşə tutuldu, Şuşanın işğalından düz  10 gün sonra  isə  Azərbaycanın mühüm hərbi-strateji əhəmiyyətə malik olan, qala qapısı sayılan Laçın rayonu düşmənə təslim edildi. Minlərlə laçınlı doğma yurdundan didərgin düşdü, şəhər odlara qalandı. Laçının yamğalanmasından  sonra ermənilər Qarabağın hər tərəfində əl-qol açdı. Qarabağı Ermənistandan ayıran Laçın dəhlizi düşmənin nəzarətinə keçdi. Bu dəhliz vasitəsilə  Qarabağa  silah, döyüş sursatı hərbi qüvvələr daşındı. Erməni təcavüzünün miqyası gündən-günə daha da genişlənir, ətraf rayonların taleyi təhlükə altında qalırdı.

 Düşmən demək olar ki, öz mənfur niyyətini həyata keçirə bildi. Lakin 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayarkən  ağlından keçirmədi ki, bu torpaqların öz sahibi var bir gün o, geri dönəcək, əsl həqiqəti bütün dünyaya bəyan edəcək.

44 günlük Vətən müharibəsində cənub hissəsi işğaldan azad olunan Laçın rayonu tam olaraq  Azərbaycanın nəzarətinə keçməmişdi. Azərbaycanın Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yoluna alternativ yol çəkməsindən sonra ötən il  avqustun 26-da Azərbaycan Ordusu Laçına daxil olduLaçın şəhəri, Zabux Sus kəndləri nəzarətə götürüldü.

Sentyabr ayının 21- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı. Bu qürurverici anı ölkə başçımız belə ifadə etmişdir: "Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır".

Artıq Laçın özünün inkişaf dövrünü yaşayır. İşğaldan azad olunmuş bütün ərazilərimiz kimi  yenidən qurulur, yaradılır. Ölkə başçımız mütəmadi səfərləri çərçivəsində rayonda aparılan quruculuq işləri ilə tanış olur, müəssisələrin təməlini atır, tikintisi başa çatan  obyektlərin açılışını edir. Prezident İlham Əliyevin Laçına ilk səfərində təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq, generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınmışdır. Stansiyanın işə salınması Həkəri çayından istifadəyə imkan yaratmaqla yanaşı, həm burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcəkdir.

Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər körpü inşa ediləcək. Yol üzərində 3 tunelin tikintisi apar