Köç karvanları geri dönəcək...
Digər xəbərlər

Köç karvanları geri dönəcək...

Qərbi Azərbaycan İcmasının fəaliyyəti buna xidmət edir

1987-ci ilin oktyabrında "Daşnaksütyun" beynəlxalq terror təşkilatının "Qarabağ" komitəsi təsis olundu. Komitə beynəlxalq miqyasda erməni terrorçularının qazandıqları "uğurlardan" bəhrələnmək, onların " üsulları" əldə rəhbər tutaraq hərəkət etmək, keçmiş Dağlıq Qarabağda əhalini silahlı üsyana qaldırmaq, azərbaycanlıları doğma torpaqlarından zorla, silah gücüylə qovmaq "vəzifəsi"ni qarşıya qoydu. Tezliklə bu vəzifə "yüksək səviyyədə yerinə yetirildi".

Komitə təsis olunan günün sabahı İrəvandakı Puşkin adına parkda "Qarabağ"ın ilk mitinqi keçirildi. Liderlər İqor Muradyan Levon Ter-Petrosyan çıxış edərək xalqı hazır olmağa çağırdılar: " ölüm zindan bizləri Qarabağı qaytarmaq arzusundan çəkindirməməlidir!".

Bu çıxışdan bir neçə gün sonra M.Qorbaçov ABŞ-a səfərə çıxdı. O, vaxt tapıb "Daşnaksütyun" təşkilatının nümayəndələrini qəbul etdi. 1921-ci ildən bəri Ermənistana rəsmən buraxılmayan "Daşnaksütyun" partiyası həmin görüşdən dərhal sonra İrəvanda mərkəzi ofisini açdı. Onun mətbuat orqanı, informasiya mərkəzi fəaliyyətə başladı.

1988-ci il fevralın 20- "Qarabağ" komitəsi Xankəndidə özlərinin "Krunk" adlı şöbəsini yaratdı. "Qarabağ"la "Krunk" birləşərək sonralar xalqımızın başına müsibətlər gətirdi, faciələr yaşatdı. 1988-ci il fevralın 24- erməni separatçıları hərəkətə keçdilər. Dağlıq Qarabağda Əsgəran rayonunun 16 23 yaşlı iki gənci qətlə yetirildi. Bu, bizim ilk qurbanlarımız idi...

Artıq Ermənistandan soydaşlarımızın zorla çıxarılması hərəkatına təkan verilmişdi. Mart ayında 54 azərbaycanlı ailə Vedi rayonunun Şirazlı kəndindən çıxarıldı. Erməni vəhşiliyinin qurbanları olan soydaşlarımız quldurların zorakılığından güclə qurtula bildilər. İyulun 9-da daha 20 min qaçqından ibarət köç Azərbaycana gəldi.

Ermənilər total basqınlara başlamışdılar. Azərbaycanlıların yaşadıqları bölgələrə gələrək hamının gözləri qarşısında elə dəhşətlər törədirdilər ki, bir başqasına dərs olsun onlar həmin yerləri təcili tərk etsinlər.

Noyabrın 12- Spitak rayonunun rəhbərliyi terrorçu quldurların müşayiəti ilə bölgədəki bütün azərbaycanlıları öz yerlərindən zorla çıxardılar. Onların çoxu yollarda mühasirəyə alınaraq qətlə yetirildi. 1988-ci ilin dekabrında yüz minlərlə azərbaycanlı yurd-yuvalarını zorla tərk etməli oldu. Onlar Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdılar... Məşəqqətli qaçqınlıq həyatı başlandı. Beləcə, doğma, tarixi torpağımız olan Qərbi Azərbaycan, yurd yerlərimiz kimsəsiz qaldı, Vətən, torpaq həsrəti soydaşlarımızı için-için ağlatdı, Aşıq Ələsgərin məzarı, ulularımızın narahat yatdıqları viran edilmiş yurd-yuva yerlərimizin torpaqları, müqəddəs ziyarət yerləri, məscidlərimiz, Göyçə gölü 35 ildir ki, yolumuzu gözləyir...

2022-ci il dekabrın 24- Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında icmanın bir qrup üzvü ilə görüşdü. O, öz çıxışında dedi: "...Əminəm ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar...".

Yanvarın 26-da Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının "Qayıdış Konsepsiyası"nın layihəsi təsdiq edildi. Qayıdış Konsepsiyasının əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz şəkildə qayıtmasını təmin etməkdir. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ümumi konseptual sənəddir. Bu sənəd Qərbi Azərbaycana qayıdışın prinsipini yol xəritəsini təyin edir. Ona görə konsepsiya tam yerinə yetirilməlidir. Həmin konsepsiya əsasında Qərbi Azərbaycana qayıdış proqramı hazırlanacaq sözügedən proqram konkret olacaq.

Artıq bir sıra işlər həyata keçirilib. Belə ki, bu il yanvarın 31- Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının