İsveç Ukraynanı Avropa İttifaqının üzvlüyünə hazırlamaq üçün yenidənqurma işlərinə 490 milyon dollar ayırır.
"Respublika" xəbər verir ki, bu barədə Beynəlxalq Əməkdaşlıq naziri Yohan Forsel 2023-2027-ci illər üçün yeni ikitərəfli strategiyanı təqdim edərkən bildirib.
"Bu, İsveçin indiyə qədər təqdim etdiyi ən böyük və ən iddialı ikitərəfli strategiyadır. O, ölkəni gücləndirməklə, Ukraynanı uzunmüddətli perspektivdə Aİ üzvlüyünə hazırlamaq məqsədi daşıyır", - deyə nazir bildirib.
O vurğulayıb ki, bu, İsveçin göstərdiyi bütün dəstək deyil və Kiyevə kömək etmək üçün özəl kapital da lazım olacaq. 2022-ci ilin fevral ayından İsveç Ukraynaya 2,16 milyard dollar ayırıb ki, bunun da 17 milyardı hərbi yardımdır.