Hollandiyanın paytaxtı Amsterdamda böyük kruiz gəmilərinin şəhərin mərkəzində lövbər salması qadağan edilib.
"Respublika" xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.
Hollandiya bununla havanın çirklənməsi ilə mübarizədə yeni bir addım atıb. Siyasətçilər böyük kruiz gəmilərinin şəhərin davamlı imicinə uyğun olmadığını iddia ediblər.
Qəbul edilən qərar Amsterdam qatar stansiyası yaxınlığındakı İj çayı üzərindəki Cruise Ship limanının bağlanması mənasına gəlir.
Nəzrin ELDARQIZI,
"Respublika".