İsraildə məhkəmə islahatına etiraz əlaməti olaraq yürüş keçirilir
Digər xəbərlər

İsraildə məhkəmə islahatına etiraz əlaməti olaraq yürüş keçirilir

Bu gün minlərlə nümayişçi İsrailin Baş naziri Binyamin Netanyahu tərəfindən irəli sürülən məhkəmə islahatlarına etiraz əlaməti olaraq Təl-Əviv şəhərindən Qüdsə doğru yürüşə qatılıb.

“Respublika” Associated Press agentliyinə istinadla xəbər verir ki, hazırda yürüşün uzunluğu 70 kilometrə çatır. Etirazçılar sabah Qüdsdə Knesset (İsrail parlamenti) qarşısında aksiya keçirməyi planlaşdırır.

Ali Məhkəmənin qanunverici orqan üzərində nəzarətini məhdudlaşdıran qanun layihəsi iyulun 24-də Knessetdə müzakirəyə çıxarılacaq. Yeni qanun layihəsi İsrail hökumətinin məhkəmə sistemində vəzifə təyinatlarına nəzarət edəcəyini nəzərdə tutur. O, həm də hüquq məsləhətçilərinin səlahiyyətlərini məhdudlaşdırır.

Layihəyə əsasən, parlament Ali Məhkəmənin qərarlarını sadə səs çoxluğu ilə ləğv edə biləcək. Eyni zamanda, məhkəmənin qanun layihələrinə və icra hakimiyyəti orqanlarının fəaliyyətinə hüquqi qiymət vermək imkanı məhdudlaşacaq.