İsrail rəsmisi: Son 20 ildə dünyada texnologiya sürətlə inkişaf edib
Gündəm

İsrail rəsmisi: Son 20 ildə dünyada texnologiya sürətlə inkişaf edib

Son 20 ildə dünyada texnologiya sürətlə inkişaf edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri "SPACE 2030: Qlobal Kosmos İqtisadiyyatında Siyasət və Strategiyalar" mövzusunda sessiyada çıxışında İsrailin Kosmik Agentliyinin (ISA) direktoru Uri Oron səsləndirib.

Onun sözlərinə görə, texnoloji inkişaf bir sıra məsələləri asanlaşdırıb: "Məhz texnologiya sayəsində kosmos bizim üçün daha da əlçatan olub. Hesab edirəm ki, kosmos bir açıq pəncərədir və biz bu pəncərə vasitəsilə suallarımıza cavab tapa bilərik".

ISA rəsmisi, həmçinin Bakıda keçirilən tədbirlə bağlı fikirlərini bölüşüb: "Azərbaycanda çox gözəl Konqres təşkil edilib və mən bu gün Azərbaycanın ev sahibliyi etdiyi bu möhtəşəm tədbirdə iştirakdan çox məmnunam".