Bu il aprelin 26-da İsrail Dövlətinin yaranmasının 75 illiyi qeyd edilir. Tarix boyu başı bəlalar çəkən yəhudilər xüsusilə İkinci Dünya müharibəsində faşizmin qurbanına çevrilmiş xalqların sırasında birinci yerdədir. Vaxtilə öz dövlətləri olmadığından dünyanın bir çox bölgələrində yaşayan yəhudilər zaman-zaman etnik mənsubiyyətlərinə görə, təqiblərə və qırğınlara məruz qalıblar. Təkcə faşist Almaniyasının antisemitizm siyasəti nəticəsində Holokostda 6 milyondan çox yəhudi qətlə yetirilib. Bu baxımdan müstəqil dövlət yaradıb onun sərhədləri daxilində təhlükəsiz və sülh içində yaşamaq bu yəhudilərin ən böyük arzusu olub.
Hazırda İsrail Dövlətinin yerləşdiyi ərazilərdə hələ e.ə dəmir dövründə İsrail və Yəhudi Krallıqları təşəkkül tapmışdır. Lakin yerləşdiyi coğrafi mövqe cəlbedici olduğundan krallıq müxtəlif imperiyalar tərəfindən işğala məruz qalıb. Son olaraq Yəhudiyyə vilayəti adı altında Roma imperiyasının tərkibinə qatılıb. Ancaq baş verən üsyanlar nəticəsində vilayət yandırılmış və yerli əhali buradan qovulmuş, bölgənin adı Suriya Fələstini adlandırılmışdı.
Ağır faciələrlə üzləşən yəhudilər böyük əzab-əziyyətlərdən sonra İkinci Dünya müharibəsinin başa çatması ilə yenidən bu ərazilərə qayıdıb İsrail adlı dövlət qurmağa müvəffəq olublar. Lakin bu, onlara o qədər də asan başa gəlmədi. Yeni yaranan dövləti yerindəcə məhv etmək amalı ilə bir neçə ərəb ölkəsi İsrailə müharibə elan edir.
İkinci Dünya müharibəsinin başa çatması ilə Böyük Britaniya mandatlığında olan Fələstində ərəblərə və yəhudilərə məxsus iki dövlətin yaranması prosesi başlayır. ABŞ nümayəndə heyəti ilə B.Britaniya xarici işlər naziri Bevin Avropada yəhudilər arasında sorğu keçirir. Sorğuda iştirak edən yəhudilərin mütləq əksəriyyəti Fələstinə köç etməyə istədiklərini bildirirlər. Xarici işlər naziri Bevinin planına əsasən, Fələstində yaradılacaq 4 muxtar vilayətdən Qüds və Neqeyin Britaniyanın nəzarətində qalırdı. Qalan ərazilər isə 40 faiz ərəb zonası, yəhudi zonası isə 17 faiz təşkil edəcəkdi. Lakin bu plan həm yəhudilər, həm ərəblər tərəfindən rədd edilmişdi.
Bevin planı qəbul edilmədiyindən məsələnin həlli BMT-nin ixtiyarına verilir. 1947-ci il noyabr 29-da BMT Baş Assambleyasında Fələstində ərəb və yəhudi dövlətlərinin yaranmasını nəzərdə tutan 181 saylı qətnamə müzakirəyə çıxarılaraq qəbul olunur. Nəhayət, uzun sürən prosesdən sonra mayın 14-də David Ben-Qurion yəhudi dövlətinin Müstəqillik Bəyannaməsini elan edir. Müstəqillik qazanan ölkənin adı ilə bağlı ixtilaflar olsa da, sonda yeni yaranan dövlətin adı İsrail adlanır. Müstəqillik Bəyannaməsi elan olunduqdan dərhal sonra Misir, Suriya, Taransiordaniya, Livan və İraq İsrailə qarşı hərbi əməliyyatlara başlayır. Buna səbəb qonşuluqda yerləşən ərəb dövlətlərinin qəti şəkildə Fələstində yəhudi dövlətinin qurulmasına razı olmamaları idi. Sayca üstün olan ərəblər nəinki İsraili məğlub edə bilmir, həm də müəyyən qədər ərazi də itirirlər. Beləliklə, geopolitik cəhətdən çətin şəraitdə qurulan İsrail, xalqının canı-qanı bahasına müstəqilliyini qoruyub saxlaya bilir.
Yaşadığı çətinliklərə baxmayaraq, İsrail Dövləti Yaxın Şərqin ən inkişaf etmiş ölkəsi sayılır. Mövcud olduğu qısa müddət ərzində sosial-iqtisadi və istehsalat gücünə görə dünyanın ən qabaqcıl dövlətlərindən biridir. İstehsal etdiyi məhsullar daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə də ixrac edilir. İsrail dünya bazarında yüksək texnologiya və hərbi sənaye məhsullarının ixracatçısı kimi tanınır. Elm və texnologiya məhsullarının ixracında yalnız ABŞ-dan geri qalır. Bununla yanaşı, uğurlu xarici siyasət yürüdərək inkişaf etmiş ölkələrlə (ABŞ və Qərbi Avropa) strateji müttəfiq hesab olunur.
Azərbaycan-İsrail münasibətləri hər zaman yüksələn xətlə inkişaf edib. Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanın müstəqilliyini tanıyan dördüncü dövlətdir. Azərbaycan və yəhudi xalqlarının dostluğu hər iki ölkə müstəqil olmadığı ərəfələrdə də mövcud olub. Ölkəmiz nadir ərazilərdən olub ki, antisemitizm hallarına rast gəlinməyib. Qeyd olunduğu kimi, Roma