İspaniyada bazar günü keçirilən növbədənkənar parlament seçkilərində "Xalq Partiyası" qalib gəlib.
"Respublika" xəbər verir ki, bu barədə Almaniyanın "Deutsche Welle" nəşri məlumat yayıb. Bildirilib ki, müxalifət təmsilçisi 33,1% səs toplayaraq qələbə qazanıb. Bununla belə, o, parlament çoxluğunu əldə edə bilməyib.
Qeyd edək ki, iyunun 23-də Avropa İttifaqının dördüncü ən böyük iqtisadiyyatına sahib olan İspaniyada 37 milyon seçici 350 deputat və 265 senatoru müəyyən etmək üçün sandıq başına gedib. Bu ilin sonunda keçirilməli olan parlament seçkiləri müxalifətdə olan "Xalq Partiyası"nın mayın 28-də bələdiyyə seçkilərində 12 bölgədən 8-də qalib gəlməsi səbəbindən hakim "Sosialist İşçi Partiyası" və Baş nazir Pedro Sançes tərəfindən önə çəkilmişdi.
Jalə QASIMZADƏ,
"Respublika".