İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib
Digər xəbərlər

İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib

İntensiv yağıntılar nəticəsində yaranan sel sularının İsmayıllı-Lahıc avtomobil yolunun (15.8, 17.2 və 18.6 km-lik hissələrdə) hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yaratdığı problemlər aradan qaldırılıb.

Bu barədə “Respublika”ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, hadisə baş verən andan etibarən ərazilərə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Aparılan təxirəsalınmaz işlər nəticəsində həmin yolda avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilib.