İrəvan Ağ Evin hədəf taxtasında
Digər xəbərlər

İrəvan Ağ Evin hədəf taxtasında

Birləşmiş Ştatların Ticarət Nazirliyi Ermənistan bir sıra xarici ölkələrdən olan 28 təşkilata ixrac məhdudiyyəti tətbiq etmək qərarına gəlib. Bu şirkətlər Rusiya Silahlı Qüvvələri hərbi-sənaye komplekslərinə sanksiyalardan yan keçməyə şərait yaratmaqda ittiham olunublar.

Əslində, Rusiyanın sanksiyalardan yayınmasında Ermənistanın rolu danılmaz faktdır. Belə ki, Ermənistanın Statistika Komitəsinin məlumatlarına əsasən, ötən ildə ölkənin xarici ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 69 faiz artaraq 14,1 milyard ABŞ dollarına çatıb. Halbuki, Ukraynadakı müharibə Rusiyada iqtisadi inkişafı zəiflətdiyindən Ermənistan iqtisadiyyatı da Kremldən həddindən artıq asılı olduğundan onun xarici ticarətində ciddi azalmalar müşahidə edilməli idi. Amma görünən odur ki, buna zidd proses baş verib Rusiya ilə sıx iqtisadi əlaqələrə malik olan ölkələrin əksəriyyətinin Ermənistana ixracı anormal şəkildə artıb. Bu isə onu deməyə əsas verir ki, sözügedən ölkələr Rusiyaya ixracın azalan həcmlərini Ermənistan vasitəsilə Rusiyaya ixrac etməklə kompensasiya etməyə çalışıblar. Bu halları müşahidə edən Birləşmiş Ştatlar da real addımlar atmağa qərar verib. Aprelin 13-dən qüvvəyə minən məhdudiyyətlər nəticəsində tədarükçülər xüsusi lisenziya almadan Amerika mallarını ABŞ Ticarət Departamentinin sanksiyalarına məruz qalan hüquqi şəxslərə göndərə bilməyəcəklər. Eyni zamanda lisenziya ərizələrinə baxılarkən "imtina prezumpsiyası" tətbiq olunacaq, yəni çox güman ki, belə müraciətlər rədd ediləcək. Amma düşünsək ki, həmin şirkətlər əsasən Rusiyanın hərbi-sənayə kompleksinə inteqrasiya olunub, onda sanksiyalar müəssisələrin fəaliyyətinə ciddi təsir göstərməyə bilər.

Bununla belə, Vaşinqtonun məqsədi heç indiki məqamda Ermənistanı iqtisadi cəhətdən dalana dirəmək olmaya bilər. Belə ki, ABŞ Ticarət Nazirliyi qərarı açıqlayarkən bunun Evin milli təhlükəsizliyinə xarici siyasət maraqlarına qarşı yönəlmiş fəaliyyət olduğunu qeyd edib. Yəni Bayden hökuməti Paşinyan Administrasiyasının yürütdüyü xarici siyasəti tənqid edib. Məlum məsələdir ki, uzun müddətdir ölkənin siyasi rəhbərliyi klassik erməni hiyləgərliyini işə salaraq ikili oyun nümayiş etdirir. Qərbin hərbi-siyasi dairələrini Rusiya, Moskvanı isə Avropa ilə şantaj etmək artıq Ermənistan siyasətinin ənənəsinə çevrilibBu məsələ özünü son dövrdə daha çox göstərir. Bir tərəfdən, Paşinyan hökuməti Kreml əleyhinə qərbə kömək edir, məsələn, Rusiya Federal Təhlükəsizlik Xidməti hərbi müxbir Tatarskinin qatilinin Ermənistan vasitəsilə qaçdığını deyir, eləcə İrana zərbə endirən dronların ABŞ-ın tapşırığı ilə Ermənistandan ötürüldüyünə dair xəbərlər var. Digər tərəfdən isə İrəvan qərbə zidd olaraq Moskvaya sanksiyalardan yayınmağa kömək edir. Görünən odur ki, bütün bunları diqqətlə izləyən Birləşmiş Ştatlar Ermənistana bir növ siyasi mesaj verir ki, ikili oyun oynamaqdan əl çəksin.

Yəni Birləşmiş Ştatlar bu qərarla Ermənistana qarşı mövqeyini qlobal miqyasda bir daha təsdiqləyir. İrəvanı Rusiya-Ukrayna müharibəsində tərəf tutduğuna diqqət çəkərək Kremlin müttəfiqi kimi göstərir. Eyni zamanda Paşinyana ciddi mesaj göndərir ki, adekvat davranmadığı müddətcə Evin hədəf taxtasında olacaq. Bu isə Azərbaycanla münasibətlərində qərb faktorundan istifadə etməyə cəhd edən İrəvanın xəyallarının puç olması deməkdir. Çünki ölkəmiz İrəvandan fərqli olaraq ikili siyasət yürütmür, balanslaşdırılmış mövqe sərgiləyir öz ərazisindən hər hansı 3- bir dövlətin hərbi-siyasi məqsədlərlə istifadəsinə imkan vermir

 

Jalə QASIMZADƏ,

"Respublika".