Əslində, Ermənistanın sülh sazişini yubatması hər dəqiqə İrəvanın öz əleyhinə işləyir. Əgər bu ölkə Azərbaycanın sülh təklifinə razılıq versə, məngənəsində boğulduğu problem və çətinliklərdən xilas olacaq.
Əks təqdirdə, bu, onun faciəvi sonluğuna rəvac verəcək. Ölkə onsuz da çökmüş, məhv olmaq təhlükəsi ilə üz-üzədir. Müharibədə məğlubiyyət, çoxsaylı qaçqın ordusu, iqtisadi tənəzzül və sosial problemlər kifayət qədərdir. İrəvan artıq bataqlıqda çabalayır. Hər cəhdi, hərəkəti onu daha dərinə çəkir. Bir zamanlar havadarlarının boş xülyalarına aldanan ölkə indi meydanda öz problemləri ilə tək qalıb. Bəs, bu qədər problem və çətinliklər içərisində olan ölkə niyə sülh sazişi bağlamır? Və yaxud da onu bu addımı atmaqdan çəkindirən hansı qüvvələrdi? Ermənistanın hazırkı siyasi vəziyyətinə nəzər salsaq görərik ki, son illər daha çox Qərb istiqamətinə meyillənir.
Problemlər içində boğulan Ermənistanın mənasız inadkarlığı özünə vurduğu ən böyük zərbədir. Ermənistan odla oynayır, lakin bu odun sonda özünü yandıracağını anlamır. Bütün bunlara baxmayaraq, daxildə narazılıqlar pik həddindədir. Ermənilərin taleyi sülh sazişinin bağlanmasından asılıdır. Hələ ki, Azərbaycan səbir və dözüm nümayiş etdirir, Ermənistanın bütün provokasiya və hücum cəhdlərinə soyuqqanlılıqla yanaşır. Qarabağ Azərbaycanın qədim yaşayış məskənidir. Ermənilər isə bu yerlərə sonradan gəlib məskunlaşmışlar. Sülh sazişi bağlandığı təqdirdə, ölkəmiz Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının taleyinə biganə yanaşmayacağını bildirir.
Qərbin Ermənistanı himayə etmək cəhdi əsla erməniləri qorumaq məqsədi güdmür. Əksinə, ermənilər onlar üçün maraqlı deyil. Onların məqsədi yalnız Ermənistan üzərindən Qafqaza nəzarəti ələ almaqdır. Nəticədə, üçüncü qüvvələr bu istiqamətə meyilləniblər. İndi bu məsələdə daha "fəallıq" göstərən Fransadır.
Əgər Fransa bu məsələdə açıq şəkildə Ermənistanın "xeyrinə" cəhd edirsə, digər dövlətlər bu məsələdə bir az məxfiliyi qorumağa çalışır, dolayı yollarla hərəkət edirlər. Düzdür, son zamanlar Qərbə sarı yönələn İrəvan hakimiyyətinin xəyanəti keçmiş havadarları tərəfindən birmənalı qarşılanmayıb. Bu səbəbdən də bir sıra ölkələrlə münasibətlərdə seziləcək dərəcədə soyuqluq var. Fransa üçün isə Ermənistanın möhkəmlənməsi heç bir əhəmiyyət kəsb etmir. Makron və onun hakimiyyəti bu məsələdə öz maraqlarını güdür. Əlbəttə, İranın da mövqeyi bəllidir. İran ötən müddət ərzində, sözün əsl mənasında ölkəmizə qarşı qərəzli mövqeyi ilə fərqləndi. Heç şübhəsiz ki, buna da səbəb Qarabağın işğaldan azad edilməsidir. Çünki 30 ildə ərazilərimizin Ermənistan tərəfindən işğal edilməsi İranın xeyrinə idi. Sadəcə, Fransa və İran tərəfindən səslənən və heç bir əsası olmayan yersiz bəyanat və böhtanlar Ermənistandakı revanşist qüvvələri "cəsarətləndirir" və bununla da məsələnin həllini uzadır. Lakin sülh razılığı əldə olunsa, bu ilk növbədə ermənilərin sosial-iqtisadi inkişafına böyük təkan olacaq. Yox, əgər Fransa kimi digər Qərb ölkələri də İrəvanın başının altına yastıq qoysa, Ermənistan ömürlük yuxuya gedəcək. Nəticədə, ölkə tamamilə məhvə sürüklənəcək. Yəni Qərb ölkələri ağır inflyasiya dövrü yaşayan ölkəni bataqlıqdan çıxara bilməyəcək. Erməni xalqı bunu anlamalı və məsələni kökündən həll etməlidir. Ermənistan Azərbaycanla sülh sazişi bağlasa, məsələ daha tez həllini tapar. Çünki Azərbaycan dünya dövlətləri üçün istər iqtisadi, istər turizm, istərsə də enerji sahəsində etibarlı tərəfdaş olduğu kimi, həm də tranzit ölkə rolunu oynayır. Heç şübhəsiz ki, ölkəmizin qoşulduğu və birbaşa iştirakçısı olduğu nəhəng layihələrə Ermənistan da qoşula və yararlana bilər. İrəvan anlamır ki, ona yalançı qayğı göstərən Qərb dövlətlərinin öz maraqları var. Silahlarını satmaq və özlərinə yararlı olan planlarını həyata keçirmək üçün hədəf aldıqları bölgələri daim münaqişə və müharibə şəraitində saxlamağa çalışırlar. Belə bölgələrdən biri də