İran ilə Azərbaycan arasında artan gərginliyin başlıca səbəbi heç şübhəsiz, bu ölkənin şovinist rejimidir. Bundan əlavə, qonşuluqda Azərbaycan kimi qüdrətli bir türk dövlətinin varlığı farsları həmişə narahat etmişdir. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun Ermənistan hərbi birləşmələrini darmadağın etməklə bölgədə geosiyasi üstünlük əldə etməsi deyilənlərin təsdiqidir.
İran heç vaxt qonşuluğunda güclü Azərbaycanı görmək istəməyib. Ona görə də Qarabağ münaqişəsinin davam etdiyi 30 ilə yaxın bir dövr ərzində fars rejimi həmişə Ermənistana hərbi, maddi və siyasi dəstək vermişdir. Hətta İran rəhbərliyinin 1992-ci il may ayının 8-də Şuşa şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmasına hərtərəfli şərait yaratması da acı həqiqətdir. Azərbaycanın müstəqil geosiyasi subyekt kimi özünü bütün dünyaya nümayiş etdirməsi də rəsmi Tehranın ölkəmizə olan münasibətinin ortaya çıxmasında əsaslı rol oynadı. Azərbaycan bütün region ölkələri ilə dinc yanaşı yaşamaq siyasəti yeridir və bunun üçün əlindən gələni edir. İran başda olmaqla bir sıra dövlətlər Azərbaycanın gücünə, qüdrətinə, silahlı qüvvələrinin rəşadətinə inanmırdılar. Böyük və tarixi qələbəmiz İranın qısqanclığını ortaya çıxardı.
İran hakimiyyəti həm Azərbaycan Respublikasına, həm də orada yaşayan soydaşlarımıza qarşı açıq şəkildə anti-Azərbaycan mövqeyində çıxış edir. Belə ki, 40 minə yaxın erməni üçün məktəb açan fars rejimi, öz əhalisinin yarısından çoxunu təşkil edən azərbaycanlılar üçün bu addımı atmaqdan imtina edir. İranın fars rejimi ölkənin türk çoxluğuna qarşı bugünkü düşmən siyasətini davam etdirərsə, gec-tez xalq ayağa qalxacaq. Bu hadisə anti-Azərbaycan siyasətinin bariz nümunəsidir. Fars rejiminin xristian Ermənistanı müdafiə etməsi, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması ölkəmizə və xalqımıza bəslədiyi mənfi münasibəti açıq şəkildə ortaya qoyur. İranın fars rejiminin Ermənistana dost və qardaş münasibəti göstərməsinin bir səbəbi farslarla ermənilərin genetik yaxınlığıdırsa, digər əsas səbəb Ermənistanın Azərbaycana düşmən olmasıdır. İranın Qafanda konsulluq açması isə bunun ən pik nöqtəsi idi.
Qeyd etmək lazımdır ki, İranın Azərbaycanla sərhədə qoşun yeritməsi də anti-Azərbaycan mövqeyindən irəli gəlir. Torpaqlarımızı işğal edib, insanlarımıza qarşı soyqırımı həyata keçirən, millətimizi, dinimizi təhqir edən ermənilərə hər cür dəstək verən, onları yanacaqla, ərzaqla təmin edib bu işğalı uzatmasına kömək edən fars rejimindən bundan artıq nə gözləmək olar? İran Azərbaycana qarşı törətdiyi təxribatda heç bir ölkədən dəstək qazana bilməz. Çünki tək İslam ölkəsidir ki, Azərbaycana qarşı bu cür qərəzli mövqedən çıxış edir. Digər İslam ölkələrinin hər biri Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, hətta bəziləri Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb. Yeganə dəstək qazanacağı ölkə Ermənistandır ki, Ermənistan İrana, İran da Ermənistana yaraşır.
Fars rejiminin anti-Azərbaycan siyasəti düşmənlə əlbir olub bizə qarşı təxribatlar törətməsi ilə sonlanmır. Tehrandakı səfirliyimizdə törədilən planlı terror aktı, deputat Fazil Mustafanın "Kalaşnikov" markalı avtomatla yaralanması İranın artıq əndazəsindən çıxdığını göstərir. Azərbaycan İranın qeyri-səmimi siyasətinə qarşı həmişə ehtiyat tədbirləri görür. Lakin əsas məsələ bu çərçivədə beynəlxalq fikrin formalaşdırılmasıdır. Bədnam hadisədən sonra dünyanın bir çox ölkəsinin İranı qınayan bəyanatlarla çıxış etməsi deyilənlərə misaldır.
Növbəti anti-türk, anti-Azərbaycan münasibətlərini İran Prezidenti İbrahim Rəisinin xanımı Cəmilə Ələmolhoda nümayiş etdirib. Belə ki, bu günlərdə İran prezidenti ilə birlikdə Venesuelada səfərdə olan birinci xanım yerli televiziya kanallarından birinə müsahibəsi zamanı: "Ərəblər, türklər və moğollar bizim düşmənimiz olublar", - deyə bildirib. Bu isə İrandakı azərbaycanlılar tərəfindən birmənalı qarşılanmayıb. Güney Azərbaycan ziyalıları İran prezidentinin xanımının irqçi çıxışı ilə bağlı BMT-yə müraciət ediblər.
İslam pərdəsi ilə maskalanan molla rejimi bütün əməlləri ilə şovinizm siyasəti yürüdür