İranın müxtəlif bölgələrində su qıtlığı yaşanır.
"Respublika" xəbər verir ki, bu barədə "Arabnews" məlumat yayıb.
Bildirilib ki, İranda əhali maşınlardan belə içməli su ala bilmir. Su maşınlarının gətirdiyi su sakinlərin sadəcə kiçik bir hissəsinə çatır.
Xoy şəhərinin Vələdian kəndində isə sakinlər qeyri-adi etiraz üsulu seçiblər. Onlar yaşadıqları yerdə su tapa bilmədiklərini sübut etmək məqsədilə şəhər icra hakimiyyətinin həyətinə gələrək ləyənlərdə paltar yumağa başlayıblar.
Jalə QASIMZADƏ,
"Respublika".