İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində güclü qum fırtınası baş verib.
"Respublika" xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Bildirilib ki, iyulun 12-dən indiyədək Zabol, Zahak, Xamun, Xirmənd və Nimruz bölgələrində 565 nəfər tibb müəssisələrinə müraciət edib, onlardan 46-sı xəstəxanaya yerləşdirilib.
Jalə QASIMZADƏ,
"Respublika".