DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ ÇİN ARASINDA TEXNOLOJİ MÜHARİBƏ BAŞLAYIR

ABŞ Çinə qarşı yeni sanksiyalar paketi tətbiq etməyə hazırlaşır. “Teleqraf.comun verdiyi xəbərə görə, bu barədəThe Wall Street Journal" nəşrində yayımlanan məqalədə qeyd olunur.

Bildirilir ki, rəsmi Vaşinqton Amerika şirkətlərinə Çinin bir sıra texnoloji sahələrinə yatırım qoymağı qadağan edəcək.

Bununla yanaşı, ABŞ Çinin yarımkeçiricilər sahəsinin inkişafını da əngəlləməyə çalışır. Belə ki, Amerika vətəndaşlarına Çinin texnoloji şirkətlərində işləmək qadağan ediləcək.

Vaşinqtonda hesab edirlər ki, Pekin uzun illər Amerika şirkətlərinin texnoloji kəşflərindən istifadə edərək, Çinin eyni sahədə fəaliyyətini genişləndirib bu naliyyətlərdən ordunun təchizatı üçün istifadə olunub.

Məlumata əsasən, ABŞ-ın əngəllərinə ilk reaksiya Çinin bu ölkədəki səfirliyindən gəlib. Səfirliyin verdiyi açıqlamada heç bir qadağanın Çin elmi texnologiyalarının inkişafına mane olmayacağı bildirilib.

Eyni zamanda, qeyd edilir ki, rəsmi Pekin ABŞ qadağalarına qarşı mübarizə strategiyası hazırlamağa başlayıb. Açıqlamaya görə, Çinin təhlükəsizliyi modernləşdirilməsi üçün lazım olan bütün addımlar atılacaq.

 

FRANSA SENATI PENSİYA İSLAHATI İLƏ BAĞLI QANUN LAYİHƏSİNİ QƏBUL EDİB

Fransa Senatı qalmaqallı pensiya islahatı ilə bağlı qanun layihəsinin yekun versiyasını qəbul edib. “Reportun verdiyi xəbərə görə, bu barədəTASSagentliyi məlumat yayıb.

Bildirilir ki, təqaüd yaşının 62-dən 64-ə qaldırılması haqqında qanun layihəsinin 345 senatordan 193-ü lehinə, 114-ü isə əleyhinə səs verib.

Məlumata əsasən, Senatdan sonra sənədi Milli Assambleya (parlamentin Aşağı Palatası) dəstəkləsə, onda qanun layihəsi qəbul edilmiş sayılacaq.

Eyni zamanda, qeyd edilir ki, Fransa prezidenti Emmanuel Makron Aşağı Palatanın üzvlərini sənədin əleyhinə səs verməməyə çağırıb. O bildirib ki, qanun layihəsinin əleyhinə səs versələr, o halda Milli Assambleyanı buraxacaq.

Xatırladaq ki, Fransada on gündən çoxdur hökumətin pensiya islahatına qarşı etiraz aksiyası keçirilir.

 

LİVİYADA POLİQONDAN 2,5 TON URAN YOXA ÇIXIB

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişləri Liviya poliqonundan 2,5 ton uranın yoxa çıxmasını aşkar ediblər. “TRTtelekanalının verdiyi xəbərə görə, bu barədə təşkilatın baş direktoru Rafael Qrossi məlumat yayıb.

BAEA rəhbərinin sözlərinə görə, çərşənbə axşamı müfəttişlər yoxlamalar zamanı uran konsentratı şəklində təxminən 2,5 ton təbii uran olan 10 çəlləyin yoxa çıxdığını müəyyən ediblər.

Açıqlamada həmçinin qeyd olunub ki, agentlik uranın qeyd olunan ərazidən çıxarılması mövcud vəziyyətini aydınlaşdırmaq üçün hərəkətə keçib.

Eyni zamanda, BAEA bununla bağlı araşdırma aparmaq niyyətindədir. Agentlikdə hesab edirlər ki, radioaktiv materialların yerləşdiyi yer barədə informasiyanın itirilməsi şüalanma riski nüvə təhlükəsizliyinə ciddi təhdid yarada bilər.

Qeyd edilir ki, Liviyadakı poliqonda təftiş işlərinin ötən il keçirilməsi planlaşdırılsa da, regionda təhlükəsizliklə bağlı vəziyyət səbəbindən təxirə salınmışdı.

 

DÜNYAnın ÇOX YERİNDƏSTARLİNKə QOŞULMAQ MÜMKÜN OLACAQ

Bütün dünyada yüksəksürətliStarlinkpeyk internetinə qoşulmağa imkan verən paket təqdim edilib. “Trendagentliyinin verdiyi xəbərə görə, “Starlinkin saytındakı məlumata görə, artıqRoamportativ qəbulediciləri bütün istehlakçılar üçün əlçatandır.

Məlumata əsasən, internet qəbuledicisini 599 dollara alan istehlakçılar ayda 200 dollar ödəmək şərti iləStarlink Roamabunəçisi olacaqlar.

Açıqlamaya görə, “Roamabunəçiləri sabit ya portativ qəbuledicilər almaqla peyk internetindən istifadə edə biləcəklər. Qeyd edək ki, portativ antenanın qiyməti 599-2500 dollar arasında dəyişir.

Eyni zamanda, verilən xəbərə əsasən, “Starlinkin interaktiv əhatə dairəsi xəritəsinə baxsaq,