İran Prezidenti 12 il sonra Suriyada səfərdədir
Digər xəbərlər

İran Prezidenti 12 il sonra Suriyada səfərdədir

İran Prezidenti İbrahim Rəisi Suriyaya iki günlük rəsmi səfər edib. 

Respublika-news.az “Sana” xəbər agentliyinə istinadən xəbər verir ki, İran prezidenti İbrahim Rəisi siyasi və iqtisadi nazirlərdən ibarət nümayəndə heyətinin müşayiəti ilə Suriyaya iki günlük rəsmi səfərə gəlib. Prezident Rəisinin suriyalı həmkarı Bəşər Əsədlə geniş siyasi və iqtisadi danışıqlar aparması, ardınca bir sıra sazişlərin imzalanması planlaşdırılır.

Bu, 2010-cu ildən bu yana İran Prezidentinin Suriyaya ilk səfəridir.

“Respublika”.