"Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa". Dövlət başçısı bu sözlərlə Ermənistanın psevdo (saxta) dövlət olduğunu bildirir.
Tarixi Azərbaycan torpaqlarında yaranan Ermənistan adlı yarımüstəqil dövlətin imperialist güclərin layihəsi olması artıq hər kəsə bəyan olub. Bunu biz ən çox İkinci Qarabağ müharibəsi ərəfəsində və ondan sonra beynəlxalq müstəvidə yaranan vəziyyətdə görmüşük. Birmənalı olaraq müstəmləkə ölkə rolunu oynayan Ermənistan regionda öz xalqının və dövlətinin maraqlarını qorumaq əvəzinə, qlobal güclərin sifarişlərini yerinə yetirir. Hətta vəziyyət o yerə gəlib çatıb ki, artıq ABŞ, Fransa, Rusiya və İran bu ölkənin kimin maraqlarına xidmət edəcəyi ilə bağlı öz aralarında soyuq savaşa da başlayıblar. Bir tərəfdən KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı), digər tərəfdən Avropa İttifaqının "mülki" missionerləri bölgədə yerlərini möhkəmləndirmək üçün mübarizə aparır. Rusiya xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda verdiyi açıqlamada bildirib ki, KTMT-nin müşahidəçi missiyasının yerləşdirilməsi ilə bağlı sənədə İrəvan imza atmaq istəsə də, son anda ABŞ-ın təsiri ilə bundan imtina edib. Hətta nazir ABŞ-ın Ermənistanda yerləşən Rusiyaya məxsus hərbi hissənin ərazidən çıxarılmasına cəhd etdiyini də bildirib.
30 ilə yaxın bir müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan, bunu əbədi "zəfər" hesab edən Ermənistan Vətən müharibəsində məğlub olunacağını başa düşüb döymədiyi qapı, yalvarmadığı ölkə qalmamışdı. Müharibə ərəfəsində Nikol Paşinyan bütün dünya liderlərinə zəng vuraraq onların ayaqları altına yıxılmışdı ki, təki Azərbaycanın qələbəsinin qarşısı alınsın. Öz xalqını rüsvay etməkdən çəkinməyən Paşinyan 2020-ci il sentyabrın 27-dən başlayaraq uydurmadığı yalan qalmamışdı. Gah Türkiyənin, gah da Pakistanın Qarabağda gedən savaşda iştirak etdiyini söyləyən baş nazir, boynundakı ipi təhvil verdiyi sahiblərinə də mesaj göndərirdi ki, müdaxilə etməsəniz məğlubiyyətimiz qaçılmazdır. Lakin dövlət başçısı İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti və qardaş ölkə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana olan dəstəyi kənar güclərin müdaxiləsinin qarşısını ala bildi.
Azərbaycan Cənubi Qafqazda ikinci bir erməni dövləti yaratmaq üçün dəridən-qabıqdan çıxan bır sıra ölkələrin də arzusunu ürəyində qoyub. Türk dünyasında ikinci bir qondarma dövlət yaratmaq cəhdlərinin qarşısı alınsa da, Fransa yeni psevdo dövlət qurmaq niyətini açıq-aşkar göstərir. Son günlərdə şərti sərhəddə baş verən toqquşmalarda, Fransanın Azərbaycana qarşı proksi müharibəyə başladığı da sübut olunub. Onlar Ermənistana göndərdikləri silahlar, hərbçilər və maliyyə yardımları ilə yıxılmaqda olan dövləti ayaqda saxlamağa çalışırlar. Lakin bu yardımlar da bataqlıqda boğulan Ermənistanı xilas edə bilməyəcək. Çünki qarşılarında tarxi Zəfər qazanmış bir ordu var.
Hayların tək dərdi torpaq iddiası deyil. Hər kəsdən bir şey oğurlayan ermənilərin tarixçi adlandırdıqları şəxsləri Azərbaycana aid olan zəngin maddi və mənəvi mədəniyyətini təhrif etməklə öz adlarına çıxarıblar. Yalan və saxtakarlığı qanlarında daşıyan ermənilər Azərbaycanın tarixi torpaqlarını, milli mətbəxini, musiqisini, alimlərini də özününküləşdirirlər. Hərdənbir ata axtarışına da çıxan ermənilər, soyköklərinin farslardan, ərəblərdən gəldiyini də iddia edirlər. "Böyük Ermənistan" xülyası ilə yaşayıb ağlını itirən bəşəriyyətin bu üzqaraları dünyada hər bir dövlətin hesablaşdığı Türkiyə Cümhuriyyətinə də ərazi iddiaları edirlər. Əslində, ermənilər bunu dərk edib anlayır ki, zaman əvvəlki zaman deyil. Artıq türk dünyası, əvvəlki əzəmətini və gücünü özünə qaytarıb. Xüsusilə də Azərbaycan və Türkiyə regionun əsas söz sahibidir. İndi bütün güclər Türkiyə ilə hesablaşır, Azərbaycanla tərəfdaşlıq edir. Erməni xalqı da rəhbərliyinin saxta oyunlarından, qonşu dövlətlərə olan ərazi iddialarından təngə gəlib. Onlar da başa düşürlər