Tarixin arxivinə atılmış qondarma quruma aid bir sıra "təşkilatlar" beynəlxalq ictimaiyyətə "müraciət" ünvanlayıblar.
"Müraciət"in ən gülünc hissəsi Qarabağa qayıdış üçün Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən sarsaq şərtlərin qoyulmasıdır.
Bu barədə Qərbi Azərbaycan İcmasından məlumat verilib.
Məlumatda, həmçinin deyilir: "Qarabağ erməniləri nəinki irqçi ideologiyadan, "miatsum" nağıllarından, etnik nifrətdən xilas ola bilmir, həm də hələ də paralel dünyada yaşayırlar. Hiss olunur ki, Vardan Oskanyan, Artak Beqleryan ağılda olan "müraciət"in müəllifləri son 35 il ərzində baş verənlərdən lazımi dərs çıxara bilməyiblər.
Ermənistan hökuməti əgər həqiqətən də sülhdə maraqlıdırsa, onda Azərbaycana qarşı yönəlmiş bu cür təxribatçı addımların qarşısını almalıdır".
***
Sabiq xarici işlər nazirinin gülünc açıqlamaları Ermənistanın nə üçün uğursuz dövlət olduğunu çox yaxşı izah edir
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bir-birini əvəz edən gülünc açıqlamalar verir.
Bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.
Qeyd olunub ki, daşnak və irqçi düşüncəli V.Oskanyan reallıqlardan tamamilə uzaq düşüb və özünün uydurduğu paralel dünyada gün keçirməklə məşğuldur. Belə qeyri-ciddi adamın uzun müddət xarici işlər naziri olması Ermənistanın nə üçün uğursuz dövlət olmasını çox yaxşı izah edir.
"V.Oskanyan da ATƏT-in sabiq Minsk qrupu, Tomas de Vaal kimi artıq keçmişdir", - deyə açıqlamada vurğulanıb.