Humanitar məqsədlər üçün açıq olan yol təxribatçıların üzünə bağlıdır
Siyasət

Humanitar məqsədlər üçün açıq olan yol təxribatçıların üzünə bağlıdır

"Bu gün bunu çatdırmağa çalışdım. Eyni zamanda bildirdim ki, yaxşı olar, Ermənistan Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi. Yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etmək üçün". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il fevral ayının 18- Münxendə televiziya kanallarına müsahibəsi zamanı bildirmişdir.

İkinci Qarabağ müharibəsi bitsə , Ermənistan üç ilə yaxındır ki, hələ Azərbaycanın yaratdığı reallıqları qəbul edə bilmir. Artıq işğalçılıq fəaliyyətini, yerləşdiyi regionda sülhü, əmin-amanlığı təhdid etməyi sona çatdırmağın zamanı gəldiyini anlamaq istəmir. 30 il özgə torpaqlarını talamaqdan gözü doymayan düşmən artıq bu yerlərin, bu sərvətlərin əsl sahiblərinin geri dönməsi ilə barışmır. Köhnə havası başında qalan ermənilər Azərbaycan torpaqlarında qanunsuz fəaliyyət göstərir, sərhəd zonalarında təxribatlar törədir bununla da münasibətləri daha da gərginləşdirir.

44 günlük müharibə Ermənistanın kapitulyasiyası ilə bitdi. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya Ermənistan liderlərinin imzaladıqları üçtərəfli Bəyanatda düşmənin məğlubiyyəti öz əksini tapdı. Bəyanatın 4- bəndində qeyd olunur ki, Qarabağda təmas xətti Laçın dəhlizi boyu Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Lakin Ermənistan Bəyanatı imzalayarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək silahlı birləşmələrini ərazidən çıxarmadı. Bu, düşmənə çirkin niyyətlərini davam etdirmək üçün lazım idi. Azərbaycan ərazisində qeyri-qanuni yerləşən Ermənistan silahlı qüvvələrinin çıxarılması, ölkəmizin ərazisinə silah-sursatın daşınması, terrorçuların girişinin qarşısının alınması, eləcə təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulması üçün həmişə olduğu kimi, dövlətimiz özü ciddi tədbir görməli oldu. Çünki sülhü qoruyan "məramlılar" da ermənilərin bu qanunsuz hərəkətlərinə göz yumur, onların qeyri-qanuni fəaliyyətlərinə geniş meydan açırdı. Ötən il dekabr ayının 12-dən etibarən azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda 138 gün keçirdikləri aksiya "Qızılbulaq" qızıl, "Dəmirli" mis-molibden yataqlarının ermənilər tərəfindən istismarına, həmçinin 10 noyabr üçtərəfli Bəyanata əsasən Azərbaycan ərazilərindən çıxarılmalı olan erməni silahlı birləşmələrinə Ermənistandan silah-sursat daşınmasına, sərhəd boyu minaların basdırılmasına qarşı etiraz idi. Ermənilərin bu təxribatçı əməllərinin qarşısını almaq üçün dövlətimizin aidiyyəti qurumları tərəfindən beynəlxalq təşkilatlara müraciətlər edilsə , ənənəvi olaraq bu müraciətlərə heç bir reaksiya verilməmişdi. Azərbaycan Prezidenti İlham Əliyev iştirak etdiyi beynəlxalq səviyyəli tədbirlərdə, görüşlərdə dəfələrlə ermənilərin sərhəddə törətdikləri təxribatlara son qoyulmasının vacibliyini vurğulamışdır. Ölkə başçımız bu ilin fevral ayında Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşdə bu məsələyə toxunmuş Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün şərtlərin olduğunu bildirmişdir. Prezident İlham Əliyev sərhədlərin delimitasiya demarkasiyasının aparılması üçün həm Zəngəzur dəhlizinin hər iki qurtaracağında, həm Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələrinin yaradılmasının zəruriliyini qeyd etmişdir.

Nəzarət-buraxılış məntəqəsinin yaradılması Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarını davam etdirdiyi yoldan qanunsuz fəaliyyət üçün istifadə edilməsi, silah-sursat minaların daşınması zamanı qəbul edilmiş milli təhlükəsizlik qərarıdır. İki ölkə arasında sərhədləri qorumaq məqsədilə yaradılan sərhəd-keçid məntəqəsində yüklərin yoxlanılması ilə yanaşı, pasport nəzarəti həyata keçiriləcək. Belə ki, iki ölkənin sərhədində buraxılış məntəqəsinin quraşdırılması istənilən suveren ölkə tərəfindən həm beynəlxalq hüquq normalarına uyğun, həm ölkələr arasında münasibətlərin tənzimlənməsi təcrübəsinə əsaslanaraq həyata keçirilən prosedurdur. Bu addım 2020-ci ilin noyabrında Azərbaycan, Ermənistan