"Ağdam-Əsgəran-Xankəndi yolunun girəcəyindəyik".
"Respublika" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev öz rəsmi sosial media hesabında paylaşım edib.
Prezidentinin köməkçisi qeyd edib: "Diplomatik Korp və beynəlxalq jurnalistlər qrupu yolun funksionallığı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən gətirilən undan ibarət iki maşın ərzaq yükü ilə tanış olacaqlar".
Töhfə SƏMƏDOVA,
"Respublika"