“Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir
Digər xəbərlər

“Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti  başçısının birinci müavini Vüqar Şixəmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi Nasir Qurbanov, RİHBA-nın məsul əməkdaşları, vətən müharibəsi veteranları və qazilər iştirak etmişlər. 

9 iyun Səbail RİH-dən bildirilmişdir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Giriş sözü ilə çıxış edən RİH başçısının birinci müavini Vüqar Şixəmmədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin öz xalqının tarixində müstəsna rola malik və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimi olduğunu vurğulayaraq məhz Ulu öndər tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer aldığını qeyd etmişdir.

Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi Nasir Qurbanov ölkəmizdə ordu quruculuğu siyasətinin ardıcıl, davamlı və yaradıcı şəkildə həyata keçirilməsi nəticəsində hazırda Azərbaycan Ordusu tarixinin ən şərəfli dövrünü yaşadığını bildirmişdir.

“Respublika”.