Heydər Əliyev və Azərbaycan səhiyyəsi
Siyasət

Heydər Əliyev və Azərbaycan səhiyyəsi

2023- il Azərbaycanda mühüm siyasi-ictimai hadisələr, tariximizdə öz yeri olan bayramlar, ildönümü yubileylərlə əlamətdardır. Belə ki, qarşıdan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci, Milli Qurtuluş Gününün 30-cu, möhtərəm İlham Əliyevin respublikamıza ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümü gəlir.

Bu il həm xalqımızın ulu öndəri Heydər Əliyevin anadan olmasının 100- ildönümü qeyd edilir. Bunu nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən 2023- ilin respublikamızda "Heydər Əliyev İli" elan edilməsi ulu öndərin əziz xatirəsinə xalqımızın ehtiramının ifadəsidir.

Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın bütöv bir inkişaf epoxasının müəllifidir. 1969-cu ilin iyul ayından başlanan bu şərəfli epoxa özündə müasir tariximizin qürur doğuran səhifələrini cəmləşdirmişdir. Sovetlər dövrü Azərbaycanın iqtisadi baxımdan geridə olduğu bir vaxtda respublikamıza rəhbərliyə başlayan ulu öndər xalqımızı aydın gələcəyə, yüksək sosial rifaha aparan eyni zamanda gələcək müstəqilliyimizin iqtisadi bazasını təşkil edəcək tərəqqi yolunun əsasını qoymuşdur.

Eyni missiyanı Heydər Əliyev müstəqilliyimizin ilk illərində layiqincə yerinə yetirmişdir. Lakin bu dəfə ulu öndər həm müstəqilliyimizi qorudu, dövlətçiliyimizi parçalanmaqdan xilas etdi. Bu gün müstəqil respublikamızda bütün sahələrdə əldə olunan inkişafın təməli Heydər Əliyevin ikinci dəfə respublikamıza rəhbərliyə başladıqdan sonra qoyulmuşdur. Ulu öndər həm Azərbaycan səhiyyəsinin yüksəlişinin banisidir.

Ümumiyyətlə, XX əsrin ikinci yarısında Azərbaycanda səhiyyə sahəsində əldə edilmiş nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet hakimiyyəti illərində ulu öndərin sayəsində respublikamızda səhiyyənin hərtərəfli inkişafı üçün bütün mümkün tədbirlər həyata keçirilmiş, vətəndaşlara göstərilən tibbi xidmətlərin səviyyəsində mühüm keyfiyyət dəyişiklikləri baş vermişdi. 1970-1980-ci illərdə çoxsaylı səhiyyə obyektlərinin inşa edilməsi, təkcə uşaq poliklinikalarının sayının 1970-1975-ci illərdə 150-dən 185-ə çatdırılması respublikamızda səhiyyənin inkişafı barədə aydın təəssürat yaradır. Ulu öndər Heydər Əliyev bu dövrkü fəaliyyəti barədə demişdir: "Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm hesab edirəm ki, çox işlər görmüşəm. Mən o vaxt sovetlər ittifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji, həm kardioloji, həm ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhiyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim Azərbaycana yardım etməyə çalışırdım".

Tarixdən bəlli olduğu kimi, Azərbaycanın müstəqilliyinin ilk illərində yaranmış dərin böhran səhiyyədən yan ötməmişdi. Həmin dövrə qədər böyük nailiyyətləri olan tibb sahəsi ölkədəki yarıtmaz idarəçiliyin nəticəsi kimi iflic vəziyyətinə düşmüş, vətəndaşlara tibbi xidmətlə bağlı formalaşmış dəyərlər sistemi demək olar ki, tamamilə dağılmışdı.

Yalnız Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra həyata keçirilən sosial islahatlar səhiyyəni əhatə etmiş, bu sahədəki tənəzzülə son qoyulmuş tibbi xidmətin müasir standartlar müstəvisinə keçirilməsi üçün əlverişli şərait yaranmışdır. Xüsusilə qeyd etməliyik ki, Heydər Əliyev insan amilini müəyyən edən məsələlər sırasında ölkə əhalisinin sağlamlığının qorunmasını bu çərçivədə tibbi xidmətlərə əlçatanlığın təmin edilməsini xüsusi diqqət mərkəzində saxlayırdı. Ona görə bərbad vəziyyətə düşmüş səhiyyə sisteminin məhz bundan sonra sahmana salınmasına başlanılmışdır. Həmin dövrdən yeni, müasir standartlara uyğun səhiyyə obyektlərinin inşası start götürmüş, mövcud tibb müəssisələrinin yenidənqurulmasına başlanılmış, ambulator-poliklinika şəbəkələri genişləndirilmiş, ixtisaslaşmış müasir səhiyyə mərkəzləri istifadəyə verilmiş tibb müəssisələrinin