Heydər Əliyev və Azərbaycan generalları
Siyasət

Heydər Əliyev və Azərbaycan generalları

Bu günlərdə bütün xalqımız tərəfindən anadan olmasının 100 illiyi böyük təntənə minnətdarlıq hissləri ilə qeyd edilən ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətinin mühüm istiqamətlərindən birini ölkəmizdə yeni generallar nəslinin formalaşması təşkil edirdi. Belə generalların varlığını Heydər Əliyev Azərbaycan xalqının hərbi istedadının göstəricisi kimi dəyərləndirirdi. O öz çıxışlarında Azərbaycan generallarının adını məmnunluqla qeyd etməklə belə kadrların yetişməsini xalqın hərbi istedad qabiliyyətinin göstəricisi kimi qiymətləndirirdi. Hələ sovet hakimiyyəti illərində general rütbəsinə yüksəlmiş milli hərbçilər Heydər Əliyevin xüsusi qayğısı ilə əhatə olunurdu.

Azərbaycan xalqının xahişi ilə ikinci dəfə respublikaya rəhbərlik etməyə başlamasından sonra da Heydər Əliyev yeni generallar nəslinin yetişdirilməsinə xüsusi qayğı göstərdi bu işə yeni məzmun verdi. Ulu öndər şübhə etmirdi ki, yeni Azərbaycan ordusunun yaradılması üçün bu orduya rəhbərlik edə biləcək ali rütbəli hərbçi kadrlar nəsli yetişdirilməlidir. Bunun üçün Heydər Əliyev həm xalqın qəhrəmanlıq hərbi ənənələrinin canlandırılmasını, həm yeni dünya təcrübəsinin öyrənilməsini mühüm şərt sayırdı. Öz çıxıslarında söhbətlərində Heydər Əliyev qeyd edirdi ki, Azərbaycan dünya hərb tarixinə çox istedadlı generallar vermiş bir xalqdır o, respublikaya rəhbərliyi illərində belə istedadlı hərbçilərin üzə çıxarılması üçün böyük işlər gördü.

Heydər Əliyevin zəngin irsində onun tərəfindən hətta ən qədim zamanlardan Azərbaycanda hərb işinə böyük maraq göstərildiyini qeyd edir bunu əslində, Azərbaycan xalqı üçün təbii bir maraq sayırdı. Çünki yerləşdiyi coğrafi məkanın əhəmiyyətinə, malik olduğu təbii sərvətlərin çoxluğuna görə Azərbaycan hər zaman böyük güclərin diqqət mərkəzinə olmuşdu. Varlığına qarşı istiqamətlənmiş hərbi təhlükələrdən Azərbaycan xalqı məhz malik olduğu hərbi istedadı məharəti ilə uzaqlaşa bilmişdi. Bu mənada Heydər Əliyev Azərbaycan xalqının tarixini həm qəhrəmanlıq tarixi kimi qəbul edirdi. O belə bir fikir ortaya qoyurdu ki, Azərbaycan xalqının Vətənə torpağa bağlılığı bu Vətəni torpağı qorumağa qadir olan qəhrəmanlar da yetişdirmişdir: "Azərbaycan xalqının tarix boyu nümayiş etdirdiyi qəhrəmanlıq, cəsurluq ənənələri bu gün müstəqil Azərbaycan dövlətində yenidən yüksəlmişdir daha da canlanacaqdır" - deyirdi. Onun belə bir fikri vardır: "Azərbaycan xalqı tarix boyu, əsrlər boyu həmişə mərdlik, cəsarət, qəhrəmanlıq göstərmişdir, öz yurdunu, öz torpağını müdafiə etmişdir, öz mənliyini qoruyub saxlamışdır".

Heydər Əliyevin çıxışlarında, söhbətlərində Azərbaycanın XIX XX əsr tarixində baş verən hadisələrə, xüsusilə bu dövrdə Azərbaycan xalqı arasında hərb işinin vəziyyətinə xüsusi yer ayırmışdır. Məlumdur ki, XIX əsrin əvvəllərində Azərbaycanın şimal hissəsi Rusiya tərəfindən işğal olunmuş Azərbaycan xalqının müstəqil hərbi fəaliyyətinə son qoyulmuşdu. Bununla belə, xalq arasında hərb işinin canlı saxlanması üçün xeyli sayda azərbaycanlı Rusiya ordusu sıralarında hərbi xidməti qəbul etmiş hətta general rütbələrinə layiq görülmüşdülər. Heydər Əliyev həmin generalları Azərbaycan xalqının fəxri hesab edirdi onların Azərbaycan gənclərinə nümunə olduğunu bildirirdi. Ulu öndər Heydər Əliyevə görə həmin generallar Azərbaycan xalqının hərbi istedadının qabiliyyətinin təsdiqi, gələcək generalların yetişməsi üçün isə bir nümunə sayırdı. Bütünlükdə, XIX əsrdə Azərbaycan xalqının nümayəndələrinin hərb işinə olan marağını Heydər Əliyev belə şərh edirdi: "XIX-XX əsrlərdə Azərbaycan öz dövlətçiliyindən məhrum olandan sonra, çar Rusiyasının tərkibində olduğu zaman da Azərbaycan xalqının görkəmli nümayəndələri həmin orduda xidmət etmiş Azərbaycan oğlunun, əsgərinin hərbi peşəkarlıq sahəsində nəyə qadir olduğunu dəfələrlə sübut etmişlər.

Doğrudur, respublikamız çar Rusiyasının tərkibində olduğu zaman azərbaycanlıları, müsəlmanları orduya cəlb etmirdilər, ordudan azad edirdilər. Biz tarixi təhlil edərkən bunun qədər mənfi nəticələr verdiyini görürük. Millətimiz, xalqımız hərbi peşədən məhrum olmuşdu. Ancaq bununla yanaşı, o dövrdə hakim dairələrlə bağlı olan xan sülalələri övladlarını