Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra müasir, demokratik və hüquqi dövlət quruculuğunu təmin etmək üçün bütün sahələrdə olduğu kimi, hüquq sahəsində də fundamental islahatların keçirilməsinə zərurət yaranmışdır.
Torpaqlarmızın işğal edildiyi, 1 milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkün düşdüyü, keçmiş sovet idarəçilik sisteminin çökdüyü, ölkənin dərin iqtisadi böhran və xaos içində olduğu bir dövrdə xalqın təkidli xahişi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdı.
Həmin dövrdə ulu öndər tərəfindən həyata keçirilən təxirəsalınmaz və qətiyyətli tədbirlər sayəsində ölkəmizdə dövlət çevrilişi cəhdləri, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, cinayətkarlığa qarşı barışmaz mübarizə elan edilməklə dayanıqlı ictimai-siyasi sabitlik əldə edildi. Yeni idarəçilik sisteminə keçid, demokratik, hüquqi dövlət quruculuğu və məhkəmə-hüquq islahatlarına başlanaraq hakimiyyət bölgüsünə əsaslanan mükəmməl hüquq sistemi yaradıldı.
12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu istiqamətində atılmış ilk addım oldu.
Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra məhkəmə-hüquq islahatlarının aparılması daha da sürətləndirildi... Ulu öndərin 1996-cı ilin fevralında imzaladığı fərmanla hüquqi islahatlar üzrə komissiya yaradıldı. Komissiya tərəfindən ictimai münasibətlərin müxtəlif sahələrini əhatə edən bir sıra qanunların, o cümlədən "Prokurorluq haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və digər qanunlar ölkənin hüquq sisteminin formalaşması prosesinə böyük töhfə oldu.
Bakı Dairə Məhkəməsinin tərkibində 1 oktyabr 1918-ci il tarixdə əsası qoyulan prokurorluq orqanları mövcudluğu dövründə xalqımızın müstəqilliyi uğrunda apardığı mübarizənin yardımçılarından biri olmaqla, mürəkkəb və şərəfli təkamül yolu keçərək daim inkişaf etmiş və təkmilləşmiş, dövlətçiliyimizə sədaqətlə xidmət etmiş, qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində qətiyyətlə fəaliyyət göstərmişdir.
Azərbaycan prokurorluğu ulu öndərin rəhbərliyi ilə yeni inkişaf dövrünə qədəm qoymuş, hakimiyyətin bölünməsi prinsipinə əsaslanmaqla məhkəmə hakimiyyətində təmsil olunan müasir, sivil dövlət təsisatı kimi formalaşmışdır. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.
Prokurorluğun demokratik məzmunlu sivil bir dövlət təsisatı kimi yenidən formalaşmasında ulu öndər Heydər Əliyevin respublika prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci il tarixdə keçirdiyi görüşün müstəsna əhəmiyyəti olmuşdur. Dövlət başçısının həmin müşavirədəki proqram xarakterli çıxışından irəli gələn tövsiyə və göstərişlər məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarında görülməsi vacib olan işlərin əsas istiqamətlərini müəyyənləşdirmiş, həyata keçirilən islahatların əsasını təşkil etməklə korrupsiyaya qarşı mübarizədə prokurorluğun qarşısında mühüm vəzifələr qoymuşdur.
Belə ki, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı barışmaz mübarizə keçmiş sovetlər ittifaqı məkanında ilk olaraq məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda başlanılmış, "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" 9 avqust 1994-cü il tarixli Fərmanla korrupsiyaya qarşı mübarizə sahəsində konkret istiqamətlər müəyyənləşdirilmişdir.
Sahibkarlığın inkişafına mane olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına yönəldilmiş qərarlar qəbul edilmiş və zəruri tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında" 8 iyun 2000-ci il tarixli Fərmanı ilə Avropa məkanına sürətlə inteqrasiya olunan ölkəmizdə korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi başlamış və bu strategiyanın məntiqi ardıcıllığı olaraq iqtisadi, sosial, maliyyə-bank, ədalət mühakiməsi, hüquq-mühafizə və digər sahələrdə fundamental islahatlar aparılmışdır.
Ulu öndər Heydər Əliyevin imzaladığı 2001-ci il 19 iyun tarixli Fərmanla təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə" Azərbaycan