Tarixdə elə şəxsiyyətlər olur ki, onların fəaliyyəti xalqın, dövlətin tərəqqi yolunu müəyyən edir, qoyduqları irs isə gələcək nəsillər üçün dövlətçilik ənənələrinin inkişaf istiqamətini formalaşdırır. Azərbaycan dövlətçiliyinin tarixində ümummilli liderlik zirvəsinə ucalan məhz Heydər Əliyev olmuşdur. Azərbaycan tarixinin bütöv bir mərhələsi böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.
Azərbaycan xalqının dahi oğlu, hər zaman Vətəninə və xalqına hədsiz məhəbbəti ilə seçilən ulu öndər Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, müasir ictimai-siyasi fikrin ən bariz təcəssümüdür. Dahi şəxsiyyət və görkəmli siyasi xadim Heydər Əliyev ən ali missiyanı həyata keçirərək müstəqil Azərbaycan dövlətinin memarı olmuş və öz misilsiz fəaliyyəti ilə bütöv bir tarix yazmışdı. Ulu öndərin həyatı və çoxşaxəli fəaliyyəti tariximizin ən şanlı səhifələrindəndir. Məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmiz əsrlərə bərabər inkişaf yolu keçmişdir.
Bu il dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan olunub. Sərəncamda qeyd edilmişdir: "Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir".
Bütün mənalı ömrünü xalqına və dövlətinə xidmətə həsr edən ulu öndərin şəxsiyyətinin əzəməti, gördüyü işlərin vacibliyi və böyüklüyü zaman keçdikcə daha dərindən dərk edilir. Azərbaycan xalqı hər zaman Heydər Əliyevin şəxsiyyətinə, onun ideyalarına, qoyduğu dəyərli irsə böyük hörmət və ehtiram hissilə yanaşır. Məhz buna görə, ulu öndərin irsini öyrənmək, təbliğ və tədqiq etmək qarşımızda duran vacib və aktuallığını itirməyən mühüm məsələdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb".
Məlum olduğu kimi, ötən əsrin 60-cı illərində Azərbaycan iqtisadiyyatının bir çox sahələrində mənfi meyillər özünü büruzə verir, ölkə iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. Respublikamızın inkişafı getdikcə ləngiyərək, ümumilikdə əhalinin sosial-iqtisadi vəziyyətinə kifayət qədər mənfi təsir göstərməyə başlamışdı. Məhz belə bir ağır vəziyyətdə ölkə rəhbərliyində mühüm dəyişiklik baş verdi. Belə ki, 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü başladı. Ümummilli liderin rəhbər seçilməsi xalqımızın taleyində əhəmiyyətli dönüşün başlanğıcı, eyni zamanda Azərbaycanın sürətli inkişafının əsasının qoyulduğu tarixdir. Doğma xalqına olduqca bağlı olan ulu öndər Heydər Əliyev çox mürəkkəb şəraitdə Azərbaycanı Sovet İttifaqının qabaqcıl ölkələrindən birinə çevirmək üçün genişmiqyaslı islahatlar proqramının həyata keçirilməsinə nail oldu.
1969-1982-ci illər ərzində zəngin təcrübəyə əsaslanan dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə respublikada istehsalın sürəti xeyli artmış, məhsuldarlıq yüksəlmiş, elmi-texniki tərəqqidə böyük irəliləyişlər baş vermiş, eyni zamanda əhalinin maddi rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Tarixi inkişafın sonrakı gedişatı bir daha sübut etdi ki, ümummilli lider hələ o zamanlar müstəqil Azərbaycanı qurmağa başlamışdı. Belə ki, ötən əsrin 60-cı illərinin sonunda ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilməsi ölkənin gələcək müstəqilliyinə etibarlı bünövrə formalaşdırdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial müstəqillik illərində Azərbaycan üçün