Heydər Əliyev dühasının işığı əbədi və sönməzdir
Siyasət

Heydər Əliyev dühasının işığı əbədi və sönməzdir

Xalqımız 1992-1993- illərdə tarixin zamanın çətin sınağı qarşısında qaldı, Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüz nəticəsində öz yurdunda məcburi köçkünə çevrilən insanların üzləşdiyi çıxılmaz faciəli vəziyyət ölkəmizi humanitar fəlakətlə üz-üzə qoydu. Dinc insanlar müharibənin xofundan çox nagüman vəziyyətə düşdükləri üçün hara üz tutacaqlarını bilmirdilər. Təcrübəsiz naşı şəxslərin rəhbərlik ambisiyaları nəticəsində rayonlar bir-birinin ardınca işğala məruz qalır, respublikada hakimiyyət böhranı yaşanır, qanunlar işləmir, silahlı dəstələr bütün bölgələrdə tüğyan edir, xaos, anarxiya, dərəbəylik baş alıb gedir, insanları ağır həyat şərtləri çıxılmaz vəziyyətə salırdı. Ən qorxulusu o idi ki, Azərbaycan dərin bir uçurumun kənarında, müstəqilliyini itirmək təhlükəsinin bir addımlığındaydı. Belə çıxılmaz bir durumda xalq öz oğluna, dahi siyasətçi, böyük şəxsiyyət, qətiyyətli iradə sahibi, lider bacarığı ilə dünyada tanınan, həmin dövrdə keçmiş SSRİ dövlətində yüksək dövlət postundan istefa verməyə məcbur edilən çox böyük haqsızlıqla üzləşən Heydər Əliyevə müraciət etdi. Doğma xalqını Azərbaycanı hədsiz məhəbbətlə sevən ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdı çox gərgin fəaliyyəti nəticəsində bütün bəlalara, qarşıdurmaya, dövlət çevrilişlərinə cəhdlərə, haqsızlığa son qoydu. Dağılıb sökülməkdə olan cəmiyyəti ilmə-ilmə yerinə qaytaran, vətəndaş həmrəyliyi yaradan, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində siyasi islahatlara başlayan, Azərbaycanın yeni konstitusiyasını yazan, mətbuat üzərində senzuranı ləğv edən, ölkəni dünyaya inteqrasiyaya cəlb edən ümummilli liderin çoxşaxəli fədakar fəaliyyəti nəticəsində fəlakətdən tərəqqiyə, əfsanədən həqiqətə doğru işıqlı bir yol başlandı.

Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, müstəqil respublikamızın dünya birliyinə inteqrasiyasının, yeni inkişaf strategiyasının banisi olmaqla bərabər, eyni zamanda, Azərbaycanda multikulturalizmin dövlət siyasətinə çevrilməsinin əsasını qoyub. Ulu öndər 1993- ilin 15 iyununda ölkə rəhbərliyinə qayıtdığı gün, Milli Məclisdə etdiyi ilk çıxışında bu məqamı xüsusi vurğulayıb, respublikadakı çoxmillətliliyi Azərbaycanın sərvəti adlandırıb: "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk saxlayacağıq. Dövlət, ölkə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib". Bu gün dünyanın ən böyük mənəvi ehtiyacı qarşılıqlı şəfqət, xeyirxahlıq, anlaşma dialoqdur. Bu dəyərlərin hamısı tarixən bu torpaqda, son tikəsini qonşusu, müsafiri ilə bölüşəcək qədər alicənab xoşniyyətli olan Azərbaycan xalqının mənəviyyatında təşəkkül tapıb. Bu gün dünyanın dörd yanından tədqiqatçılar, siyasilər, dövlət adamları tolerantlıq mühitinin nümunəsini görmək, dialoq yollarını qovuşdurmaq, mədəniyyətləri paylaşmaq üçün bu torpaqda bir araya gəlməsi təsadüfdürmü? Əlbəttə, deyil. Çünki tariximizdə zamanın sınağından keçmiş bir mənəviyyat qatı var. Ölkəmizdə mövcud olan multikulturalizm dəyərlərinin qaynağı da bu qatdadır. Həmin dəyərli nümunəni isə ümummilli liderimiz yaradıb inkişaf etdirib. Ümumiyyətlə, 1993- il çox keşməkeşli, ziddiyyətli, təhlükəli il kimi tarixin səhifələrində yaddaşlarda qaldı. Həmin il iyun ayının 4- Gəncə şəhərində silahlı üsyan baş verdi. İqtidarda olan Azərbaycan Xalq Cəbhəsinin sabitlik yaratmağa, üsyançıların qarşısını almağa, sözün əsl mənasında, bacarığı səriştəsi çatmadı. Cəbhəçilərin hakimiyyəti nicat yolunu Heydər Əliyevdə gördülər ulu öndər doğma xalqını qardaş qırğınından xilas etmək üçün həyatını təhlükəyə ataraq Gəncə şəhərinə getdi, real vəziyyəti öz gözləri ilə gördü.1993- il oktyabrın 3- xalqımız Heydər Əliyevi alternativ əsasda səs