Tarixə nəzər saldıqda görürük ki, dünya düzəni yenidən qurulanda müharibələr, inqilablar baş verdikdə, millətlərin azadlıq məqamı yetişəndə dövlətin ətrafında birləşmək arzusunda olan insanlarda xalqın seçilmiş şəxsiyyətlərini axtarıb tapmaq istəkləri olur. Bu cür fenomenal, dünya miqyaslı şəxsiyyətlərdən biri də ulu öndər Heydər Əliyev idi.
Bu gün ürəyi bu millətlə döyünən hər kəs ulu öndəri sonsuz sayğı və hörmətlə anır. Ümummilli lider Heydər Əliyev haqqında böyük məmnuniyyətlə qələmə aldığım bu kiçik yazımda əminliklə deyə bilərəm ki, onun haqqında nə yazsam, az olar. Bu deyilən meyarın mənbəyi, Heydər Əliyevin şəxsiyyəti, vətəndaş mübarizliyi, obyektiv prinsipiallığı və dönməz fədakarlığı ilə səciyyələnir.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirmiş və Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, İkinci Dünya müharibəsi başlandığına görə təhsilini başa çatdıra bilməmişdir. Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləmişdir. 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə qəbul edilmişdir.
1969-cu il iyulun 14-də keçirilmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. 1991-ci il sentyabrın 3-dən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri, müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini seçilmiş və 1993-cü ilədək bu vəzifədə çalışmışdır. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında Heydər Əliyev partiyanın sədri seçilmişdi. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir vaxtda, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin ovaxtkı rəhbərliyi ulu öndəri Bakıya dəvət etməyə məcbur oldu. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti oldu.
1993-cü ildə Azərbaycan ayaq üstə idi, həmin vaxt hakimiyyət davası, dərəbəyilik o dərəcədə idi ki, torpaqlarımızın işğalı hakimiyyətdə olanları narahat belə etmirdi.
İnsanlar mütərəqqi gücün yalnız Heydər Əliyevdə olduğunu gözəl dərk edirdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı dağılmaq, parçalanmaq və məhv olmaq, tarix səhnəsindən silinmək təhlükəsindən xilas etdi. Vilhelm Diltey dediyi kimi, "Dövlətimiz cansız, ruhsuz, başsız, dağıdıcı düşüncələrdən xilas oldu!".
Xalqımızın tarixinin taleyüklü hadisələrlə zəngin, dilemmalarla üz-üzə qaldığı, çox məsuliyyətli hadisələrin baş verdiyi dövrdə Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ağır sınaqlarından uğurla çıxarmış, ölkənin ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir.
Ulu öndərin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti olmuşdur.
Heydər Əliyev hansı vəzifədə, hansı şəraitdə işləməsindən, olmasından asılı olmayaraq, ona münasibətin vahid ünvanı və məzmunu ümumxalq məhəbbəti olmuşdur. O, 1969-cu ildə hakimiyyətə gəldiyi andan etibarən respublikamızın həyatında qısa müddət ərzində bütün istiqamətlərdə nailiyyətlər əldə olunmuş, milli-mənəvi dəyərlərin dirçəlişi yolunda mühüm addımlar atılmışdır. Heydər Əliyevin idarəetmə fəlsəfəsinin başlıca istiqamətini