2020-ci il sentyabr ayının 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi döyüş əməliyyatları zamanı ermənilərin "qəhrəman ordusu" məğlub edildi. Özgə torpaqlarında özünə dövlət quran, xalqımızı doğma yurd yerlərindən didərgin salan, başına müsibətlər gətirən xəbis düşmən mərd oğullarımızın hünərini döyüş meydanında gördü.
Hərbi əməliyyatlar zamanı bir addım belə geri çəkilməyərək düşməninə qan udduran, bir qarış vətən torpağı uğrunda canından belə keçməyə hazır olan igid əsgərlərimiz 44 gün ərzində xalqımızın zəfər salnaməsini yazdılar. Bütün dünyanın gözü qarşısında XXI əsrin müharibəsini aparan ordumuz düşmənin öz havadarlarından diləndiyi silah-sursatı, döyüş texnikasını darmadağın etdi. Qorxaq, nakəs düşmənin hərb meydanında atıb qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlarından Bakıda muzey yaradıldı. Əslində, bu muzey təkcə mənfur düşmənin qənimət götürülmüş, dağıdılmış hərbi texnikasının deyil, eyni zamanda onun alçaqlığının, qorxaqlığının əyani şəkildə nümayişidir.
İkinci Qarabağ müharibəsində müstəqil Azərbaycanın qazandığı möhtəşəm qələbədən sonra, 2021-ci il aprelin 12-də paytaxt Bakıda açıq səma altında böyük bir park yaradıldı - Hərbi Qənimətlər Parkı… Paytaxtın Xətai rayonunda 5 hektar ərazidə salınan parkda 44 günlük Vətən müharibəsində erməni ordusunu məhv edən Azərbaycan Silahlı Qüvvələrinin azad etdiyi ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanları, müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, Azərbaycan ərazisinə atılmış "İsgəndər-M" raketinin qalıqları yerləşdirilib. Burada ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.
Azərbaycan Ordusu tərəfindən məhv edilmiş erməni hərbi yük maşınlarının nömrə nişanlarının nümayişi Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını mükəmməl taktiki həllinin göstəricisidir. Hələ Birinci Qarabağ müharibəsində alçaq düşmən öz doğma ocağından didərgin düşmüş, yaxud da öldürülmüş vətəndaşlarımızın şəxsi avtomobillərinin nömrə nişanlarını sərgiləmişdi. Bu fakt özlüyündə erməni vandallarının azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləməni sübut edirdi. Belə ki, o vaxt canını erməni vəhşiliyindən qurtarmağa çalışan insanların nə avtomobil, nə mal-mülk yadına düşməmişdi. Döyüş meydanında "məğlubedilməz" erməni əsgərinin atıb qaçdığı texnika, silah-sursat isə düşmənin rəşadətli Azərbaycan Ordusunun qarşısında davam gətirə bilmədiyinin isbatıdır. 2021-ci ildə Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən dövlət başçımız bu barədə demişdir: "...bu lövhə erməni fərariliyinin təzahürüdür. Çünki bu nömrələr hərbi yük maşınlarının nömrələridir. 522 hərbi yük maşını Azərbaycan Ordusu tərəfindən məhv edilib və ya qənimət kimi götürülmüşdür. Hələ müharibənin getdiyi dövrdə mən göstəriş vermişdim ki, nömrələr yığılsın, saxlanılsın, gün gələcək biz bu nömrələri nümayiş etdirəcəyik".
Bəli, o gün 2020-ci il noyabr ayının 10-u idi. Həmin gün Ermənistan imzaladığı kapitulyasiya aktı ilə bütün dünyaya məğlub olduğunu bəyan etdi. Düşmənin məğlubiyyətini, erməni ordusunun fərariliyini Azərbaycanın mərd oğulları Azadlıq meydanında keçirilən hərbi paradda qürurla, fəxarətlə sərgilədilər.
Müharibə zamanı düşməndən götürülən qənimətlər sırasında KUB zenit-raket kompleksi, hərəsindən bir nümunə olmaqla tırtıllı ağır texnika, 150-dək ağır texnika, "T-72" tankları, piyadaların döyüş maşınları, 2S1 "Qvozdika" özüyeriyən artilleriya qurğusu, "Osa" zenit-raket kompleksi və digər eksponatlar da nümayiş olunur. Parkın giriş hissəsində isə Şuşaya atılmış "İsgəndər M" raketinin qalıqları yerləşdirilib. Boş qalmış