Ulu öndər Heydər Əliyev ömrünün yarım əsrdən çoxunu qüdrətli və demokratik Azərbaycanın yaradılmasına həsr etmişdir. Müstəqil Azərbaycan dövlətinin bünövrəsi Heydər Əliyevin rəhbərliyi ilə qoyulmuşdur. Dahi şəxsiyyətin ictimai-siyasi fəaliyyəti barədə yüzlərlə əsərlər yazılmış, kitablar, monoqrafiyalar nəşr edilmişdir. Bu müdrik siyasətçi və dövlət xadiminin Azərbaycanın sərhədlərini çoxdan aşmış fəaliyyəti, dünyagörüşü və nəsillərimizə örnək qoyduğu siyasi məktəbi hələ çox illər bundan sonra da yeni araşdırmalar, yeni fikirlər mövzusu olacaqdır.
Heydər Əliyev fenomeninin hələ sovetlər dövründə misilsiz xidmətlərini, ölkəmizin çiçəklənən bir diyara çevrilməsini, müstəqilliyimizin bünövrəsinin hələ o zamanlar qoyulmasını, milli kadrların hazırlanmasında o dövr üçün analoqu olmayan tədbirlərin həyata keçirilməsini iftixar hissi ilə xatırlayırıq.
Heydər Əliyev hələ 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət müstəqilliyimizin əsaslarının formalaşdırılması istiqamətində böyük işlər görmüşdür. Ulu öndərin təşəbbüsü ilə tikilib istifadəyə verilən təhsil, səhiyyə, mədəniyyət ocaqları, idman kompleksləri, maşınqayırma, neft-kimya müəssisələri Azərbaycanın inkişafına xidmət edirdi.
Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycanın memarı və böyük dövlət xadimi kimi mühüm missiyanı gerçəkləşdirərək yeni tariximizi yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. Heydər Əliyev hər zaman xalqa arxalandığı kimi, xalq da dahi oğluna arxalanır, etibar edir və ən ağır günlərində ona pənah aparırdı. Ulu öndərimiz ən çətin məqamlarda xalqının səsinə səs vermiş və onu baş verə biləcək təhlükələrdən qoruyaraq inkişaf və tərəqqi yoluna çıxarmışdır.
Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün zamanlarda xalqımızın taleyində, dövlətimizin həyatında elə bir rol oynayıb ki, Azərbaycan xalqı onu əsrlər boyu unutmayacaq. Ulu öndər bu barədə demişdir: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".
Beləliklə, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla ölkənin yeni inkişaf dövrünün əsasını qoydu: "İqtisadiyyatı güclü olan xalq hər şeyə qadirdir" deyən ulu öndərin rəhbərliyi ilə ölkə iqtisadiyyatının yüksəlişi üçün mühüm tədbirlər görülməyə başlandı. Qısa bir müddət ərzində bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, dövlət proqramları qəbul edildi, islahatlar aparıldı. Müdrik siyasətçinin müəyyənləşdirdiyi inkişaf strategiyasının əsasını vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. İqtisadi sahədə ardıcıl və sistemli şəkildə islahatların həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi.
1994-cü il sentyabr ayının 20-də dünyanın ən böyük dövlətlərinin aparıcı şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş, həmçinin Azərbaycanın qapılarını bütün dünyaya açdı. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Neft-qaz sənayesi iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Bununla da, ölkədə makroiqtisadi sabitliyin və davamlı iqtisadi inkişafın əsası qoyuldu.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunda əsas istiqamətlərdən biri milli mənafeyə xidmət edən xarici siyasətin həyata keçirilməsi idi. Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmağın yolu xarici dövlətlərlə bərabərhüquqlu