Hədəfimiz yurda dönüşdür
Digər xəbərlər

Hədəfimiz yurda dönüşdür

Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti bunu bilsin. Artıq bu istiqamətdə işlər başlanmışdır...

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsi hələ XVIII əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq niyyəti güdən Rusiya imperiyasının çoxdankı işğalçılıq planlarının tərkib hissəsi idi. İran Türkiyə sərhədlərində bufer xristian zolağı yaratmaq niyyətində olan Rusiya erməniləri başlıca olaraq Azərbaycanın İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərinə, habelə digər münbit torpaqlarına köçürdü.

Bəşər tarixində xüsusi yeri olan Azərbaycan əlverişli coğrafi mövqeyi, zəngin yerüstü yeraltı təbii sərvətləri ilə daim erməni vandallarının diqqətini cəlb etmişdir. Müxtəlif tarixi dövrlərdə Azərbaycan torpaqlarına basqınlar edən haylara qarşı xalqımız ölüm-dirim mübarizəsi aparmış qəhrəmanlıqlar göstərmişdir.

XVIII-XX əsrlərdə Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı Rusiya onun əlaltısı Ermənistandakı daşnaklar tərəfindən aparılmış işğalçı siyasət nəticəsində dəhşətli talanlar edilmiş, Qərbi Azərbaycandakı həmvətənlərimiz kütləvi surətdə qovulmuş, torpaqlarımız zəbt edilmişdir. Qərbi Azərbaycana ermənilərin gəlməsi miladdan əvvəl VIII əsrdə urartuların bu torpaqlara qarətçi basqınları ilə başlamışdır.

Hələ 1887-ci ildə bir qrup erməni millətçisi Cenevrədə "Hnçaq" ("Zəng") adlı partiya təşkil edərək, əsasən Türkiyə torpaqları hesabına Ermənistan dövləti yaratmaq məqsədini qarşısına qoymuşdu. Bundan sonra 1890- ildə Tiflisdə Daşnaksütyun erməni millətçi partiyası təşkil olundu. Bu təşkilatlanma yalnız Türkiyə Qafqazda deyil, dünyanın bir çox ölkələrində, hətta okeanın o tayında da gedirdi.

1893- ilin iyununda Nyu-Yorkda "böyük Ermənistan" yaratmaq məqsədi güdən "Erməni vətənpərvərlər" ittifaqı təşkilatı meydana gəldi. Bütün bu təşkilatların məqsədləri Türkiyədən müəyyən əyalətləri, Qafqazdan isə Göyçə, Zəngəzur digər əyalətləri qoparmaq hesabına "böyük Ermənistan" yaratmaq idi.

Türkiyədə heç bir şeyə nail ola bilməyən ermənilər fəaliyyətlərinin coğrafiyasını dəyişməli oldular.

XX əsrin əvvəllərində erməni millətçiləri öz tarixi torpaqlarında yaşayan Qərbi azərbaycanlıları planlı surətdə öz doğma yurdlarından çıxarmağa, qırmağa milli soyqırıma başladılar.

1905-1907-ci illərdə ermənilər Qərbi Azərbaycanın İrəvan şəhərində, Göyçədə, Amasiyada, Zəngəzurda, Dərələyəzdə, Loru-Pəmbək mahalında, Zəngibasarda analoqu olmayan terror hadisələri törətdilər. Müsəlmanlar isə məcburən doğma torpaqlarını tərk etməli oldular.

Terror, şantaj, separatçılıq yolunu seçmiş türk xalqlarının qatı düşməni olan ermənilər (haylar) onların faşist ideyalı Daşnaksütyun partiyası daim Qərbi Azərbaycan torpaqları azərbaycanlı əhalisinin faciəsi hesabına öz mənfur məqsədlərinə nail olmuşlar.

Azərbaycanda mərkəzi İrəvan şəhəri olmaqla qurulmuş Ermənistan Respublikasının (1918-1920) daşnak hökumətinin bilavasitə rəhbərliyi ilə Göyçə mahalında - Basarkeçər Çəmbərəkdə (Krasnoselo) erməni vandalları qanlı cinayətlər törətmişlər. Həmin dövrdə minlərlə soydaşlarımız öz doğma torpaqlarından ayrılıb, İrana, Türkiyəyə, Gürcüstana üz tutmuşlar.

1948-1953- illərdə İ.Stalinin, Molotovun, Arutyunovun xəyanəti nəticəsində Qərbi Azərbaycandan 150 mindən çox azərbaycanlı doğma torpaqlarından qovulmuş, deportasiya nəticəsində Kür-Araz ovalığında yerləşdirilən Qərbi azərbaycanlıların çoxu iqlim şəraitinə dözə bilməmişdir.

Beləliklə, tarixən Qərbi Azərbaycan olan (indiki Ermənistan) ərazisindən azərbaycanlıların deportasiyası 1905-1907-ci illərdən başlanmış, 1918-1920, 1948-1953- illərdə davam etdirilmiş XX əsrin 80-ci illərinin axırlarında tam başa çatdırılmış, Qərbi Azərbaycandan 300 minə yaxın soydaşımız zorla tarixi ata-baba torpaqlarından qovulmuşdur. Bu ədalətsizliyə Mixail Qorbaçov Moskvadakı ermənipərəst qüvvələr göz yummuşdur.

1988-ci ildə Ermənistan SSR Ali Sovetinin sessiyası keçirilməli bu sessiya