İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci ildə Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması ilə sona çatdı. Lakin üçtərəfli Bəyanatın imzalanmasına baxmayaraq, Ermənistanın bölgədə terror aktları davam edir. Regionda işğal zamanı mina basdırılmış ərazilərin xəritələrini vermir və bu minalar dinc əhalinin həyatı üçün təhlükə yaradır. Əlbəttə, son hadisələr onu göstərir ki, Ermənistan tərəfi bütün məsələlərdə olduğu kimi, mina xəritələrinin verilməsində də süni əngəllər yaradır. Azərbaycana qarşı heç bir xoşməramlı münasibət göstərməyən Qərbi Azərbaycan torpaqlarında özünə dövlət yaratmış qonşumuz beynəlxalq hüququ kobud şəkildə pozmağa davam edir.
Ermənistanın Qarabağ bölgəsində minalanma aksiyalarının nəticələri kifayət qədər ağrılıdır. Müharibədən sonra belə minaların partlaması nəticəsində çoxlu sayda mülki şəxs həlak olub və ya ağır yaralanıb. Bundan əlavə, minalar kənd təsərrüfatı torpaqlarını yararsız hala salıb və ərazidəki heyvanların otlaq sahələrinə də ziyan vurub. Əlbəttə, Ermənistanın hərəkətləri beynəlxalq və humanitar hüququn əsas prinsiplərinə ziddir. Minalar mülki əhali üçün təhlükə yaradır və hətta müharibədən sonrakı dövrdə də təhlükə olaraq qalır.
Ona görə də Ermənistanın regionda bu kimi fəaliyyətinə son qoyulması və minaların təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin müdaxiləsi tələb olunur. Bundan əlavə, bölgədə yaşayan mülki əhalinin təhlükəsizliyi üçün lazımi tədbirlər görülməli və minaların təsirini azaltmaq üçün humanitar yardım tədbirləri həyata keçirilməlidir. Həmçinin onu da qeyd edək ki, Ermənistanın Qarabağ bölgəsində həyata keçirdiyi mina terroru regionda əmin-amanlığa xələl gətirir.
Lakin Ermənistanın bu fəaliyyətini dayandırmaq, mina və digər partlayıcı qurğuları təmizləmək üçün lazımi addımlar atılmadıqca Qarabağ bölgəsində vətəndaş cəmiyyətinin təhlükəsizliyi sual altında qalacaq. Digər tərəfdən, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının yenidən başlanması da vacibdir. Bu danışıqlar nəticəsində bölgədəki minaların çıxarılması və mülki əhalinin təhlükəsizliyi üçün lazımi addımların atılması ilə bağlı razılaşmalar əldə oluna bilər. Lakin erməni tərəfinin bu baxımdan yürütdüyü siyasətin məqsədi hələ də aydın deyil. Ölkə başçımızın və bu mövqedən çıxış edən təşkilatların sülh çağırışlarına baxmayaraq, hayastan danışıqlara gəlmir.
Ermənistanın Qarabağ bölgəsində minalama aksiyaları uzun müddətdir ki, davam edir. Tarixi qələbəmizdən bu yana Azərbaycan tərəfi dəfələrlə mina xəritələrini tələb etməsinə baxmayaraq, Paşinyan hakimiyyəti durmadan süni xəritələr verməyə və Azərbaycan tərəfini çaşdırmağa çalışır. Ermənistanın Qarabağ bölgəsində basdırdığı minalar can almaqdadır. 1991-ci ildə Ermənistanla Azərbaycan arasında münaqişələrin kəskinləşməsi və Ermənistanın doğma torpaqlarımızı işğal etməsi ilə ərazidə Ermənistan ordusu minalar basdırmağa başlayıb və bu, hələ də davam edir.
Son bir ildə bədnam qonşumuzun minalanmış ərazinin dəqiq xəritələrini verməməsi onlarla mülki şəxsin, əsgərimizin vəfat etməsinə və ciddi xəsarət alaraq yaralanmasına səbəb olub. 2022-ci il 30 sentyabrda Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndinin minalardan təmizlənməmiş ərazisində tank əleyhinə minanın partlaması nəticəsində Əsədov Amid və Quluzadə Çərkəz həlak olub. Üstündən bir gün keçməmiş mənfur düşmənin xisləti yenə öz işini gördü. Oktyabrın 1-də Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən minalardan təmizlənməmiş "Üçüncü sovxoz" adlı ərazidə piyada əleyhinə minanın partlaması nəticəsində Cabbarov Nicat Novruz və Bayramov Rəfail ağır xəsarət alıb. Bundan sonra da Azərbaycan tərəfinin israrlarına baxmayaraq, Paşinyan hakimiyyəti xəritələri tam təqdim etməyib. Həmçinin onlar bildirib ki, verilən xəritələrdə heç bir sünilik yoxdur, hər biri düzgündür. Lakin bu açıqlamaların yalan olması məlum məsələdir. Elə bunun nəticəsidir ki, növbəti gün oktyabrın 2-də Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı nəticəsində Sabirabad rayon sakini Kərimzadə Rasim xəsarət alıb. Bölgədə mina təmizləmə işləri hələ də davam edir. ANAMA bu günə qədər minlərlə minanı zərərsizləşdirib. Lakin vandal düşmən təkcə bilinən yerlərə yox, həm də