Ermənistanın mina terroru dinc əhalimizə qarşı ciddi təhdiddir. Əfsuslar olsun ki, 2020-ci ildə üçtərəfli Bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 300-ə yaxın şəxs mina terrorunun qurbanı olmuş, onların 50-dən çoxu həyatını itirmişdir. Beynəlxalq konvensiyalara görə, piyada əleyhinə minaların tətbiq olunması qəti qadağandır. Lakin buna baxmayaraq, ikili prinsip əsasında çalışan beynəlxalq güc dairələri Ermənistanı istintaqa cəlb etmir, hər hansı bir sanksiya belə tətbiq olunmur. Öz növbəsində, Ermənistan bu əhəmiyyətli məsələdə məsuliyyətsiz və beynəlxalq hüquqazidd davranış nümayiş etdirir.
Keçmişə nəzər salsaq görərik ki, mina terroru bütövlükdə erməni terrorizminin əsas göstəricilərindən biridir. 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilərin həmin ərazilərə minalar basdırmaları bunun əyani sübutudur. Digər tərəfdən, Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında yeni qazılan səngərlər, eləcə də Xankəndi-Xəlfəli-Turşsu maşrutu ilə mina, silah-sursat daşınması faktları bunu bir daha təsdiq edir. Son olaraq isə 7 mart, 22 aprel və 1 may tarixlərində mülki vətəndaşlarımız və hərbçilərimiz mina partlaması nəticəsində xəsarət almış, bəziləri isə həyatını itirmişdir. Bu fakt bir daha rəsmi İrəvanın terror-təxribat əməllərindən əl çəkmədiyini və cinayətkar siyasətini davam etdirdiyini göstərir.
İşğaldan azad edilən ərazilərimizin bərpası Azərbaycanın əsas strateji hədəflərindən biridir. Lakin minaların basdırılması prosesin ləngiməsinə səbəb olur. Hayastan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında vandalizm əməllərini nümayiş etdirir. Cinayətkar Ermənistanın "tarixi" bu cür çirkin əməllərlə doludur. Təxribatlara davam edən haylar minalanmış ərazilərin dəqiq xəritəsini verməkdən boyun qaçırır. Belə ki, müharibədən sonra verilən xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Onların əsas məqsədləri, işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasına mane olmaq, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir. Vətən müharibəsindən sonra da Ermənistanın mina terrorunu davam etdirməsi, günahsız insanların ölümünə səbəb olması onun bu gün də terror dövləti kimi fəaliyyət göstərdiyinin əsas sübutudur. Mina terroruna qurban gedən vətəndaşlarımızın sayı bunu göstərir ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində deyil və yenə də terror, təxribat yolu ilə məkrli niyyətini reallaşdırmağa çalışır.
Prezident İlham Əliyev dəfələrlə beynəlxalq məkanda mina terrorunu gündəmə gətirmişdir. Dövlət başçısı bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenlə telefon danışığında da işğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən kütləvi şəkildə minaların basdırıldığını, vətəndaşlarımızın mina partlayışlarında həlak olduğunu və ya sağlamlıqlarını itirdiklərini qeyd etmişdir. Ölkə başçımızın, həmçinin 2022-ci il iyunun 27-də Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxışı zamanı işğal dövründə Ermənistanın ərazilərimizə bir milyondan çox mina basdırdığını bəyan etməsi məsələnin ümumi əhatəsini təsəvvürlərə gətirir.
Ermənistan "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur. Bu beynəlxalq sənədlərə görə, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürürlər.
Ermənistan hökumətinin məsuliyyət daşımalı olduğu cinayətlərə görə daim sülh və təhlükəsizlikdən, haqq və ədalətdən dəm vuran bütün beynəlxalq təşkilatlar, eləcə də sayılıb-seçilən dövlətlər səs çıxarmamaqla Ermənistanı daha da şirnikləşdirirlər. 2020-ci il 10 noyabr tarixli