Qərb qonşumuzda son illərdə daxili çəkişmələr kəskin formada artıb. Bu çəkişmələr ölkənin siyasi, iqtisadi və sosial tərəflərinə ciddi təsir göstərir. Hayastandakı siyasi çəkişmələr daha çox ölkənin müxtəlif siyasi qüvvələrinin və partiyalarının arasında yaşanan güc mübarizəsi nəticəsində yaranıb. Bu isə həm daxili siyasətdə, həm də beynəlxalq münasibətlərdə Ermənistanın mövqeyini daha da zəiflədib.
2018-ci ildə baş verən "Məxməri inqilab" nəticəsində Nikol Paşinyanın başçılıq etdiyi "mülki müqavilə" ittifaqının hakimiyyətə gəlməsi, siyasi çəkişmələri daha da artırıb. İqtidar-müxalifət münaqişələri, ölkənin hər sahəsinə təsir göstərməkdədir. O, hakimiyyətə gəldiyi ilk illərdə ölkəni böhrandan çıxaracaq islahatlar vəd edib. Lakin bunlar vəd olaraq da qalıb. Əlbəttə, Ermənistanda iqtisadi çəkişmələr bundan sonra daha da artmağa başlayıb. Ölkənin zəif iqtisadiyyatı və kəskin sosial fərqliliklər nəticəsində yaranan boşluqlar elə bunun nəticəsidir. İqtisadi böhran, işsizlik və yoxsulluq problemlərinin artması münasibətləri daha da kəskinləşdirir.
2020-ci ildə Qarabağ münaqişəsi zamanı Ermənistanın məğlubiyyəti əsasən iqtisadi problemləri daha da qabardıb. İqtisadi tərəfdaşlıqların zəifləməsi və ölkənin beynəlxalq təşəbbüslərdən kənarlaşdırılması, Ermənistanda maliyyə və investisiya sahəsində ciddi sıxıntılara yol açıb. Hayastanda mövcud olan sosial çəkişmələr isə əhalisinin bir hissəsinin, işsizlik və yoxsulluq problemlərinə dözümlülük göstərməsilə bağlıdır. Son illərdə bu problemlər ölkədə etnik və dini azlıqların yaşadığı bölgələrdə daha da kəskinləşib. Etnik və dini azlıqlarla əlaqəli sosial münaqişələrin həlli hökumətin idarə etmək bacarığından asılıdır. Lakin Paşinyan hakimiyyəti xarici siyasətdə zəif olduğu qədər, daxildə də öz xalqının rifahını düşünmür. Daxili çəkişmələr zamanı hökumətin azlıqların hüquq və maraqlarını qorumaqda uğursuz olması, ölkənin istiqrarına daha da təhlükə yaradır.
Ermənistanda daxili çəkişmələrin artması, ölkənin həm regionda, həm də beynəlxalq arenada iştirakçı olmaq istədiyi siyasi və iqtisadi təşəbbüslərdən kənarlaşmasına səbəb olur. Bu isə Ermənistanın təhlükəsizlik və iqtisadiyyat sahəsindəki maraqlarını zəiflədir. Əlbəttə, bunun digər bir səbəbi də Paşinyan hakimiyyətinin daima beynəlxalq təşkilatlardan mənasız və sadəcə öz mənafeyinə xidmət edən tələbləridir. Hələ İkinci Qarabağ müharibəsi ərəfəsində Rusiya və KTMT-yə qarşı tələbləri bunun əyani nümunəsidir. Hayastanın niyyəti daima öz yerinə vuruşmaq üçün başqa dövlətlər tapmaq olub. Lakin bu, gözlədiyi kimi olmadı və Ermənistanın 30 ildir ki, güc-bəla ilə davam etdirdiyi qondarma hakimiyyət 44 gün içində darmadağın edildi. Həmin dönəmlərdə ölkədə 1 ay ərzində 10-dan çox yüksək vəzifəli şəxs, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri, Sərhəd Qoşunları komandanı, Milli Təhlükəsizlik Xidmətinin Əks-Kəşfiyyat Departamentinin rəisi, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Baş Qərargah rəisi və başqaları işindən azad edilib, ölkədə iğtişaşlar baş verib. Uğursuz hakimiyyət simvolu olan Paşinyan nə öz ölkəsinə, nə də ordusuna liderlik edə bilir. Xalq öz baş nazirindən bezib və onun devrilməsi üçün aksiyalar keçirir. Öz vətəndaşının, əsgərinin rifahını düşünməyən Ermənistan hakimiyyəti bu gün istefaya getməyə məcburdur. Ermənistan hakimiyyəti bu gün həqiqətlər qarşısında aciz qalıb. Artıq Ermənistan tərəfi də bunun belə olduğunu etiraf edib. Vəziyyətin belə olmağını isə elə Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bildirib. O açıqlayıb ki, Ermənistan həmişə reallıqdan qaçır: "Reallıq budur ki, 44 günlük müharibə zamanı bizdə 11 min fərari var idi. 11 minin nə olduğunu təsəvvür edə bilərsinizmi? Müharibə zamanı baş komandan könüllüləri Vətənin müdafiəsinə çağıranda bu çağırış yerinə yetirilmədi. Mən bir qadın olaraq bir dəstə yaratmaq və qadınların müharibədə iştirakına ehtiyacın o qədər böyük olduğunu göstərmək qərarına gələndə bu öhdəliyə hələ də yaxşı cavab gəlmədi. Bu haqda danışmaq lazımdır. Reallığı gizlətməməliyik. Biz 44 günlük müharibəyə nəzər salmalı, hərəkətlərimizi təhlil etməli və utanmadan qorxduğumuzu