Günahı başqasında axtarmaq - dəyişməyən erməni xisləti
Digər xəbərlər

Günahı başqasında axtarmaq - dəyişməyən erməni xisləti

Ermənistanın beynəlxalq səviyyədə rəzil duruma düşməsi ölkə daxilində bir sıra istefalarla müşahidə olunur. Görünür, hayların dırnaqarası nümayəndələri artıq vəziyyətin çıxılmaz olduğunu dərk ediblər. Belə ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşan ermənilərin separatçı rəhbərləri arasında da çaxnaşma düşüb. Çaxnaşma nəticəsində özünü qondarma qurumun rəhbəri hesab edən Araik Arutyunyan "vəzifəsindən" istefa verib. Digər bir mühüm məqam isə Araikin özü ilə bərabər, Qurqen Nersisyanı da istefaya göndərməsidir. Bundan əlavə, Nersisyanın yerinə Samvel Şahramanyan "təyin edilib".

Ümumiyyətlə, hadisənin baş verməsinin bir sıra mühüm səbəbləri var. İlk olaraq, son dövrlərdə Laçın və Ağdam yolları ətrafında yaranan vəziyyət Qarabağdakı separatçı erməniləri təşvişə salıb. Bununla yanaşı, Paris merinin "humanitar yardım" adı ilə bir neçə foto çəkdirib həm özünü, həm də Fransanı bir daha rəzil duruma salması Ermənistanın planlarını bir daha fiaskoya uğratdı. Paris merinin Kornidzorda Azərbaycan tərəfindən həbs edilən Meşəli cəlladı Vaqif Xaçaturyanın qızı ilə çəkdirdiyi səmimi fotoşəkillər Ann İdalqonun ermənilərin yürütdüyü terrorizm siyasətini dəstəklədiyinin bariz nümunəsidir. Əslində, İdalqonun "yardımının" Azərbaycan tərəfindən "tərs şapalaqla" qarşılaşacağı əvvəlcədən məlum idi. Daha bir diqqətçəkən məqam İdalqonun bu addımı məhz Makronla Prezident İlham Əliyev arasında baş tutan telefon danışığından sonra atmasıdır. Ola bilsin ki, Ann İdalqo ermənilərin dəstəyini qazanmaqla Makronun postuna da göz dikib.

Bir məsələni də qeyd edək ki, ölkəmiz tərəfindən Qarabağdakı ermənilərə göndərilən ərzaq tədarükünün artıq Əsgəran yaxınlığında olması da Araiki narahat edən nüanslar sırasındadır. Azərbaycanın bu xoşniyyətli addımı ilə Ermənistanın yaydığı böhranla bağlı saxta iddialar bir daha ifşa olundu. Buna görə də nəinki Araik, hətta separatçılar da mat vəziyyətinə düşdü. Diqqətçəkən digər bir məqam isə hayların yükü qəbul etməyəcəyi təqdirdə baş verəcəklərdir. Çünki bununla Qarabağda aclığın, un, ərzaq qıtlığının olması ilə bağlı erməni yalanlarının üstü açılacaq. Yox, əgər əksi baş versə, bu, bir növ hayların artıq reallığı dərk, inteqrasiyadan başqa seçim yolu olmadığını qəbul etdiklərinə işarə olacaq. Belə olduğu halda isə bu hayların ağalarına heç də xoş olmayacaq. Təsadüfi deyil ki, Ermənistanın bu zaman sadəcə bir çıxış yolu qalır - aradan çıxmaq. Araik bu yola əl atmaqla vəziyyəti necə gərginləşdirdiyinin fərqində deyil. Çünki Araik növbəti "qaçış" cəhdində qolunda qandal hakim qarşısında cavab verməyə məcburdur.

Xatırladaq ki, hələ 2021-ci ildə Azərbaycan bayrağını təhqir edən 3 erməni futbolçusu bu yaxınlarda həbs edilmişdi. Yəni ölkəmiz, bizə qarşı edilən haqsızlığı, xain təxribatları əsla gözardı etmir. Sadəcə hər şeyin öz məqamı və yeri var. Yəni Araik fərqindədir ki, addımını Xankəndidən kənara qoyduğu an həbs edilə bilər. Ola bilsin ki, o, Qurqenin yerinə Samvel Şahramanyanı qoymaqla aranı sakitləşdirməyə çalışır. Xüsusi vurğulamaq lazımdır ki, Şahramanyanın separatçılara faktiki rəhbər təyin edilməsi Qarabağdakı erməni separatizminin sonunun yaxınlaşdığını göstərir. Onlar sadəcə Ağdam yolunu açmaqla, inteqrasiya ilə razılaşıb danışıqları bərpa etməklə bu vəziyyətdən yaxa qurtara bilərlər. Şahramanyan bunu qəbul edib Azərbaycanın şərtləri ilə razılaşsa hayların ağaları tərəfindən təqsirkar kimi qiymətləndiriləcək. Belə olduğu halda isə Araikin adı bu məsələlərdə hallanmayacaq, o bir növ situasiyadan "təmiz" çıxacaq. Yəni Araikin istefa verməsi, əslində onu özünə qurban seçməsidir desək, yanılmarıq. Daxilində birlik olmayan və dövlətçilik ənənələrindən uzaq olan Ermənistanın "təmsilçilərindən" də elə bu gözlənilirdi. Haylar elə əzəldən bədbəxtliklərini bir-birinin quyusunu qazmaqla açıq şəkildə sübut ediblər. Başqa, sözlə desək, dəyişməyən erməni xisləti bu məsələdə də özünü bir daha göstərdi.

Nəzrin ELDARQIZI,

"Respublika".