Ölkənin ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Əhalinin ərzaq məhsulları ilə təmin edilməsi dövlət üçün mühüm əhəmiyyət kəsb edən və həlli vacib olan sosial-iqtisadi problemlərdən biridir. Bu baxımdan, ölkəmizdə ərzaq təhlükəsizliyinin uğurlu həlli həm də meliorasiya və suvarma təsərrüfatlarının üzərinə düşür.
Göygöl Rayon Suvarma Sistemləri İdarəsinin rəisi, təcrübəli meliorator İsmayıl Əvəzovla tarlada, iş başında görüşdük. O, qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli xahişi ilə ikinci dəfə respublika rəhbərliyinə qayıdışı Meliorasiya və Su Təsərrüfatını məhv olmaqdan xilas etdi. Sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona diqqət və dövlət qayğısı bərpa olundu. Aqrar sahə ilə yanaşı, meliorasiya və su təsərrüfatı kompleksində də islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ-hüquqi bazası yaradıldı. 1996-cı ildə imzalanmış "Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikasının Qanunu bu işi daha da sürətləndirdi. Bu vacib sahəyə diqqət və qayğı son dərəcə də artırıldı. Aqrar sahələrdə aparılan islahatlarla paralel meliorasiya və su təsərrüfatında da həmahəng məqsədyönlü islahatlar aparıldı.
Bu gün ölkəmizdə bu sahəyə diqqət və qayğı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bir çox irimiqyaslı layihələr həyata keçirilir. Bəli, artıq meliorasiya və su təsərrüfatı kompleksi öz uğurlu inkişafının ən yüksək mərhələsini yaşayır. Ölkə rəhbərinin "Hər damla su bizim üçün önəmlidir. Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır", - çox qiymətli kəlamı bizim gündəlik iş prinsipimizdir. Göygöl Suvarma Sistemləri İdarəsi rayon və Gəncə şəhəri ərazisində birlikdə 15210 hektar əkin sahələrinin suvarılmasına xidmət edir. Bu torpaqları suvarma suyu ilə təmin etmək üçün 5 mənbədən: Gəncəçaydan, Kürəkçaydan, Qoşqarçaydan, 296 ədəd subartezian quyusundan və mənbəyini Şəmkirçay gölündən götürən sağ sahil kanal vasitəsilə ötürülən suvarma suyundan istifadə olunur.
İdarə tərəfindən 274 ədəd subartezian quyusu əsaslı cari təmir olunaraq fermerlərin və fiziki şəxslərin istifadəsinə verilmişdir. Həmçinin Xaqani kəndində 35/011 saylı, Quşqara kəndində 35/055 saylı məhsuldarlığını tam itirmiş subartezian quyuları yenidən qazılaraq bərpa edilmiş və su istehlakçılarının istifadəsinə verilmişdir. Bunun nəticəsi olaraq 64 hektar əkin sahələrinin və ümumi olaraq 86 fərdi təsərrüfatda əkin üçün nəzərdə tutulmuş torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılmışdır. Həmçinin, Cəmiyyətdən ayrılmış 21 ədəd müxtəlif markalı təzə nasos aqreqatları uzun müddət istismar olduğundan, təmirə yaramayan nasosların əvəzinə yeniləri quraşdırılaraq subartezian quyularının iş rejimləri bərpa olunmuşdur. Bunun nəticəsi olaraq suvarma əhatəsində yerləşən 582 hektar əkin sahələrinin suvarılması təmin olunmuşdur. Regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq, ölkə Prezidenti cənab İlham Əliyevin sərancamına əsasən Balçılı kəndində 1 ədəd, Quşqara kəndində 2 ədəd, Səmədli qəsəbəsində 1 ədəd, Nadil kəndində 1 ədəd olmaqla, ümumilikdə 5 ədəd subartezian quyusunun qazılması başa çatdırılmış, yüksək gərginlik elektrik xətləri çəkilərək, qidalandırıcı gərginlik transformatorların quraşdırılması ilə istismara verilmişdir.
Sel və daşqınlara qarşı mübarizə tədbirləri çərçivəsində bərkitmə işləri aparılmışdır. Belə ki, Gəncə çay, Kürək çay, Qoşqar çaylarının məcraları mexanizmlə təmizlənmiş, Qızılca, Nadel, Mollaosman, Bəhrəmbəy arxlarının və kanallarının dəhnələri şitlər, beton bloklar və digər vasitələrlə möhkəmləndirilmişdir. 122 min kvadratmetr həcmində çay məcrasında təmizləmə işləri görülmüşdür.
Rayon ərazisində irriqasiya sistemlərinin cari təmir işləri görülmüş, həyətyanı, bələdiyyə torpaqlarının və digər hüquqi və fiziki şəxslərə məxsus olan torpaqların suvarılması da tam təmin edilir. Ölkədə ərzaq təhlükəsizliyinin uğurlu həlli üçün kollektiv gecə-gündüz sahələrdə çalışır. Çünki əkinin məhsuldarlığını artırmaq üçün meliorasiya və suvarma prioritet məsələlərdəndir. Bu il, yəni 2023-cü ildə daha 2 ədəd Quşqara 35/058, 35/062 reper nömrəli subartezian quyusunun iş rejimlərinin bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması işləri