Məktəb illərindən bəri may ayının ilk günlərini hər zaman çox sevmişəm. Çünki təhsil aldığım məktəbdə mayın 10-da parad keçirmək ənənəsi var idi. Hər sinif yeni paltarlar tikdirər, addımlamağı öyrənər, yeni marş mahnısı əzbərləyərdi. Bir sözlə, bu ayda şagirddən müəllimə qədər hər kəs böyük tədbirə hazırlaşardı. 10 may günü gələndə isə hər sinif məktəbin böyük idman zalına toplaşar, orada öz məharətini göstərər, hazırlığı ən yüksək səviyyədə olan komanda isə qalib gələrdi. İbtidai siniflərdə bu tədbirin mahiyyətini dərk etmirdim, amma zamanla anladım ki, bu, Heydər Əliyev irsini unutmamaq üçün təşkil olunan silsilə tədbirlərdən biridir. Bunu dərk edəndən sonra parad başlamadan öncə məktəb direktorunun, eləcə də dəvət edilən digər ziyalı şəxslərin ulu öndər barədə nitqlərini daha diqqətlə dinləməyə başladım. Mənim Heydər Əliyevlə tanışlığım belə oldu...
Bundan sonra anladım ki, bir insanı sevmək üçün onu görmək elə də önəmli deyilmiş. Çünki xeyirxah, vətənpərvər, yaradıcı, millətini hər şeydən uca tutmağı bacaran, həyatının hər anını xalqının taleyinə bağlayan dahi insanların bioloji yoxluğu onların mənəvi varlığı ilə əvəzlənir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də vəfatından sonra xalqının ən böyük mənəvi dəyərinə, ümid və and yerinə çevrilən dahi şəxsiyyətdir.
Oxuduqlarımdan, dinlədiklərimdən belə bir nəticə çıxarmışam ki, Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları ilə bütöv bir epoxadır. Azərbaycan xalqı, onun ayrı-ayrı nümayəndələri Heydər Əliyevi haqlı olaraq xilaskar adlandırırlar. Əlbəttə, ona görə haqlı deyirik ki, təkcə elə ötən əsrin 80-90-cı illərində xalqımızın məruz qaldığı xarici irtica və daxili destabillik faktoru necə böyük bəlalardan xilas olduğumuzdan xəbər verir. Bu xilasın başlıca səbəbi isə Heydər Əliyevin daim öz xalqı ilə birlikdə olması idi. 1994-cü ilin "məşhur" oktyabr hadisələri zamanı ulu öndərin "...İndi bizim hamımız üçün çox həlledici məqamdır, həlledici dəqiqədir. Kim Azərbaycana doğrudan ürək yandırırsa, bu həlledici dəqiqələrdə bizimlə olmalıdır. Sizinlə görüşmək istəyirəm, sizdən kömək gözləyirəm" deyə xalqa müraciətindən bir saat keçməmiş Prezident Sarayının qarşısındakı meydanda yüz minlərlə insan toplaşmışdı. Heydər Əliyev-Xalq, Xalq-Heydər Əliyev birliyinin qüdrəti və qüvvəsini isbat etmək üçün təkcə bu fakt yetərlidir.
Ulu öndər Heydər Əliyev zaman-zaman qəbul etdiyi tarixi qərarları ilə sözün əsl mənasında müstəqil Azərbaycan dövlətinin qurucusuna çevrildi. Məhz ulu öndərin qətiyyəti, iradəsi və cəsarəti sayəsində ölkəmiz dünyanın siyasi arenasında öz yerini tutdu, Azərbaycanın "qara qızılı" bu millətin ağ günlərinin tarixini yazmağa başladı. Ulu öndərin dövründən etibarən Azərbaycan Respublikası bütün sosial-iqtisadi istiqamətlərdə sürətlə inkişaf etdi. Tezliklə ölkədə siyasi-iqtisadi stabilliyi təmin edən Heydər Əliyev elmin, təhsilin hamisinə çevrildi, gənclərə xüsusi diqqəti ilə seçildi. Mən də bu yazıda ölməz liderin yürütdüyü gənclər siyasətindən söz açacam.
Gənclik gələcəkdir. Elə bu səbəbdən də, hər bir xalq özünün xoşbəxt sabaha olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Bu da savadlı, dərin dünyagörüşünə malik gənclərin yetişdirilməsini hər bir ölkə üçün prioritet hala gətirir.
Ölkəmizdə də uğurlu gənclər siyasəti həyata keçirilir. Hazırda müasir nəsil üçün zəruri olan bütün tələblər ödənilir. Təhsil, idman, iş, eləcə də digər bütün sahələrdə hüquqları qorunan gənclərə inkişaf üçün uyğun perspektivlərdən yararlanmaq şansı verilir. Ölkədə müxtəlif sahələrdə ixtisaslaşmış məktəblərin, peşə liseylərinin, ali təhsil müəssisələrinin, musiqi və idman akademiyalarının, həmçinin əyləncə mərkəzlərinin olması da bunun sübutudur. Cəmi 32 yaşlı bir ölkədə gənclər üçün bu şəraitin qurulması isə heç də asan məsələ deyil. Lakin Azərbaycan gəncliyi şanslı