Fransanın məkrli niyyəti
Digər xəbərlər

Fransanın məkrli niyyəti

İyunun 16- saat 00:15-dən saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

Bundan başqa, saat 00:50-dən saat 04:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub. Ümumilikdə, sülh danışıqlarının intensiv olaraq davam etdiyi müddətdə, yəni xüsusilə son bir ayda şərti sərhəddə Ermənistan ordusu dəfələrlə atəşkəsi pozub, Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.

Sülhün əldə olunmaması üçün səy göstərən İrəvana isə dəstəyin ardı-arası kəsilmir. Son olaraq, Fransa Ermənistana 50 ədəd zirehli transportyorun tədarükünü elan edib. İrəvanın Yelisey Sarayı ilə "Bastion" "Sherpa" zirehli maşınlarının alınması imkanlarını da müzakirə etdiyinə dair iddialar var. Üstəlik, erməni fransız mətbuatında yer alan xəbərlərə görə, iki ölkənin müdafiə sahəsində əməkdaşlıq İrəvandakı səfirliyə hərbi attaşe təyinatı ilə daha da intensivləşəcək. Əslində məlum məsələdir ki, bütün bunlar Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı müzakirə edilən məsələlərin faktiki rəsmiləşmə mərhələsində olduğunun göstəricisidir Paris Cənubi Qafqazdakı müttəfiqini Azərbaycana qarşı məqsədyönlü şəkildə silahlandırır. Doğrudur, Fransanın Ermənistana satmağa hazırlaşdığı 1976- il modelli "VAB MK3" zirehli transportyorlar Ermənistan ordusunun qalıqlarını silahlı qüvvələrə çevirə bilməz. Amma bu fakt Makron Administrasiyasının ATƏT-in münaqişə tərəflərinə silah satmamaqla bağlı 1992-ci il qətnaməsi daxil olmaqla, beynəlxalq qaydaları pozduğu reallığını dəyişdirmir. Avropa İttifaqının aparıcı ölkəsinin təcavüzkar bir ölkəyə öldürücü silahlar tədarük etməsi ümumavropa sülh siyasətini sual altında qoyur. Buradan o nəticəyə gəlmək mümkündür ki, deməli, Parisin əhəmiyyət verdiyi dəyərlər sabitlik inkişaf deyil. Çünki Yelisey Sarayında da yaxşı dərk edirlər ki, İrəvana silah yardımını ehtiva edən qərarlar regionda sülhün bərqərar olunmasına ciddi əngəl yaradacaq, Ermənistanı daha çox təxribat törətməyə sövq edəcək. Bu məqamda aydın olur ki, regionda hərbi-siyasi vəziyyətin gərginləşməsi Fransanın geostrateji maraqlarına xidmət edir. Paris Ermənistanda Rusiyadan sonra ikinci hərbi-siyasi güc mərkəzinə çevrilmək istəyir. Əsas hədəf Cənubi Qafqaza daxil olmaqdır.

Qafqazda özünə yeni rıçaqlar qazanmağı hədəfləyən Makron hökuməti bunun üçün Afrika təcrübəsindən istifadə edir. Məlumdur ki, Fransanın Mali, Mavritaniya, Niger digər ərazilərdə hərbi bazaları var, əməliyyatlar keçirir, hətta həmin ölkələrin icazəsi olmadan hakimiyyəti dəyişir. Paris vaxtilə Suriya Livanda da bunu etməyə çalışıb, indi isə Azərbaycanı hədəf alıb. Fransa Afrikada olduğu kimi, Qafqazda da müstəmləkə siyasəti yeridərək regionda ordu saxlamaq təsir imkanlarını artırmaq istəyir. Bir növ imperialist siyasəti ilə Cənubi Qafqazı müstəmləkəsinə çevirməyə çalışır.

Makronun Qafqazla bağlı planlarına dair ən təhlükəli məqam isə odur ki, o, öz niyyətinə bölgədə anti-Azərbaycan bloku yaradaraq çatmağı hədəfləyir. Artıq yaxın vaxtlarda Parisin köməyi rəsmi icazəsi ilə Hindistanın "Trayan" özüyeriyən artilleriya sistemlərinin Ermənistana çatdırılmasına başlanılacağı açıqlanıb. İran da Ermənistanda hərbi atteşelik açıb, müdafiə rəsmiləri səviyyəsində təmaslar artıb. Bir sözlə, Fransanın diktəsi əsasında geopolitik koalisiya formalaşıb. Bu isə regional təhlükəsizlik baxımından risklidir. Çünki Azərbaycan da Türkiyə ilə hərbi tandemdədir, eləcə ölkəmizin İsrail, Pakistan digər müttəfiqləri ilə müdafiə sahəsində müqavilələri mövcuddur. Bölgənin bu formada iki qütbə ayrılması isə lokal xarakterli toqquşmanın qlobal səviyyəyə çatması, daha geniş ərazini əhatə etməsi ilə nəticələnə bilər.

Jalə QASIMZADƏ,

"Respublika"