Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib
Digər xəbərlər

Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 70A ünvanında yerləşən “Kəlam” MTK-ya məxsus çoxmərtəbəli yaşayış kompleksində təlim keçirib.

24 iyun FHN-dən bildirilir ki, təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.

Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub. Bundan əlavə, kompleksin ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmadığı, daxili yanğın su kranlarının tam komplektləşdirilmədiyi, qəza-işıqlandırma sisteminin olmadığı və elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi də müəyyən edilib.

“Respublika”.