Finlandiyanın NATO-ya üzv olması Rusiyaya təhlükə deyil
Digər xəbərlər

Finlandiyanın NATO-ya üzv olması Rusiyaya təhlükə deyil

Ötən ilin fevral ayında Rusiyanın Ukraynaya hücumu başda Avropa qitəsi olmaqla dünyanın qlobal təhlükəsizlik mühitini köklü şəkildə dəyişdi. İkinci Dünya müharibəsindən sonra Avropada baş verən ən böyük savaşın digər ölkələrə yayılma ehtimalı daha çox NATO-ya daxil olmayan dövlətləri narahat etməyə başladı. NATO-nun yaratdığı təhlükəsizlik çətirindən ilk olaraq Rusiya ilə 1300 kilometr ortaq sərhədi olan Finlandiya yararlandı.

2022-ci il mayın 18- Finlandiya İsveçlə birgə NATO-ya üzvlük üçün müraciət etmişdi. Həmin il 28-30 iyun tarixlərində keçirilən Madrid Sammitində Türkiyə, Finlandiya İsveç arasında üçtərəfli Memorandum imzalandı. Sammitdən sonra  NATO ölkələrinin   əksəriyyəti iki ölkənin üzvlüyünün təsdiqi prosesinə başladı.

NATO-nun 20 ölkəsi iyulda, 4-ü avqustda, 4-ü isə sentyabrda öz parlamentlərində ratifikasiya prosesini başa çatdırdı. Martın 27- Macarıstan parlamenti, 30-da isə Türkiyə Böyük Millət Məclisi Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsini qəbul etdiBeləliklə, Türkiyə Finlandiyanın NATO-ya üzv olmasına səs verdikdən sonra ölkə  31-ci üzv  olaraq NATO-ya daxil oldu.    Düşünsək ki, hazırda Türkiyə Rusiya münasibətləri özünün ən yaxşı dövrünü yaşayır, maraqlıdır ki, bu, Rusiya üçün təhdidlər törədə bilərmi?

"Finlandiyanın  NATO-ya üzvlüyü Rusiya-Ukrayna müharibəsindən sonra davam edən vəziyyətlərə əsasən baş verən üzvlükdür". Bu fikirləri politoloq Volkan Aydemir deyib: "Ən qısa vaxtda  tamamlanan üzvlüklərdən biridir. Türkiyə, İsveçlə Finlandiyanın  NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb. Finlandiya qaydalara riayət etdiyi üçün Türkiyə onun NATO-ya üzv olmasını təsdiqlədi. Bu üzvlük Türkiyə Rusiya arasında olan münasibətlərə elə təsir etməyəcək. Türkiyə Rusiya arasındakı siyasi, iqtisadi münasibət çox güclüdür. Finlandiyanın NATO-ya üzv olmasından sonra təbii ki, Şimalın Rusiyaya təsirini görəcəyik. ABŞ NATO ittifaqının Rusiya ilə əlaqələrində gərginlik ola bilər. Bu mənada, Rusiya-Türkiyə münasibətlərinə pis təsir edəcəyini düşünmürəm. Çünki Türkiyə Rusiya-Ukrayna müharibəsində Qərbin bütün hərəkətlərinə baxmayaraqheç bir yanlış addım atmayıb. Eyni zamanda Türkiyə Rusiya-Ukrayna müharibəsində Rusiyanın haqsız olduğunu da dilə gətirib. Türkiyə Rusiya üçün bəzi fədakarlıqlar edir. Düşünmürəm ki, belə bir işə görə münasibətləri pozulsun". Politoloq onu da  bildirib ki, Ukrayna Gürcüstanın NATO-ya üzvlüyü Rusiya üçün qırmızı xətdir.

Qeyd etmək lazımdır ki, Finlandiyanın NATO-ya üzvlüyü hərbi blokun yaxın keçmişində ən mühüm hadisələrdən biridir. Finlandiyanın NATO-ya qəbulunun hansı dəyişikliklərə yol açacağı məsələsinə gəldikdə isə demək olar ki, çox şey yerində qalacaq. Köklü yeniliklər olmayacaq: Finlandiya 1994- ildə NATO-nun rəsmi tərəfdaşı olub, Alyansın orduları ilə sıx əlaqə saxlayır, onun bütün texniki institusional tələblərinə cavab verir. Əsas dəyişiklik Şimali Atlantika Müqaviləsi üzrə NATO-nun bir dövlətinə hücumu bütün alyansa hücum kimi qiymətləndirən beşinci maddədir. "Prezident Putinin ən mühüm siqnallarından biri NATO-nun genişlənməsinə qarşı olması idi. O, daha kiçik bir NATO istəyirdi. İndi Prezident Putin öz sərhədlərində daha çox NATO əldə etmiş oldu", - deyə Volkan Aydemir bildirib.

Finlandiya ilə Rusiya arasındakı quru sərhəd 1 300 km-dən çoxdur. Üstəlik, məhz Finlandiya ilə həmsərhəd ərazilərdə Rusiyanın qitələrarası ballistik raketlərinin strateji bazaları Şimal Donanmasının bazaları cəmləşib.

2022-ci ilin yanvarında Moskva NATO-dan Şərqə doğru genişlənmədən imtina etməyi, keçmiş sovet ölkələrini, o cümlədən Ukraynanı alyansa qəbul etməməyi, onlarla hər hansı hərbi əməkdaşlıqdan vaz keçməyi, NATO qoşunlarını Mərkəzi Şərqi Avropa, həmçinin Baltikyanı ölkələrin