FHN-in əməkdaşı Avropa çempionatında bürünc medal qazanıb
Digər xəbərlər

FHN-in əməkdaşı Avropa çempionatında bürünc medal qazanıb

Sloveniyanın Podçetrtek şəhərində usta cüdoçular arasında keçirilən Avropa çempionatının fərdi yarışlarına yekun vurulub.

16 iyun FHN-dən verilən məlumatda bildirilir ki, 21 ölkədən 300-dən çox idmançının mübarizə apardığı Avropa çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat xilasetmə məntəqəsinin rəisi daxili xidmət çavuşu Vüqar Babayev də iştirak edib.

M-1 kateqoriyasında, 66 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Babayev Avropa çempionatının bürünc medalını qazanıb.

“Respublika”.