Əziz Ələkbərli: Qərbi Azərbaycan İcmasının ən böyük uğuru bizim mütəşəkkilliyimizin təmin olunmasıdır
Gündəm

Əziz Ələkbərli: Qərbi Azərbaycan İcmasının ən böyük uğuru bizim mütəşəkkilliyimizin təmin olunmasıdır

"Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasındakı çıxışı zamanı Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasının vacibliyini qeyd etdi". 

"Respublika" xəbər verir ki, bu sözləri Qərbi Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli "Dövlət siyasətimizin və qələbəmizin uğurları" adlı konfransdakı çıxışı zamanı bildirib.

Əziz Ələkbərli, həmçinin İcmanın 100-dən çox bəyanatla beynəlxalq müstəvidə gördüyü işləri diqqətə çatdırıb. Deputat qeyd edib ki, Qərbi Azərbaycan İcmasının ən böyük uğuru bizim mütəşəkkilliyimizin təmin olunmasıdır.

Əziz Ələkbərli, eyni zamanda dünyanın müxtəlif ölkələrində Qərbi Azərbaycan İcmasının ofislərinin yaradılmaqda olduğunu da diqqətə çatdırıb. Sədr, ölkə xaricində yaşayan qərbi azərbaycanlıların bu ofislərə cəlb ediləcəyini də vurğulayıb. 
 

Nəzrin ELDARQIZI,

"Respublika".