Ermənistan rəhbərliyi yenə də avantürist mövqedən çıxış etməkdə, üçtərəfli anlaşmaya zidd davranışlar sərgiləməkdədir. Rəsmi İrəvanın davranışlarındakı ziddiyyətlər xarici ekspertlərin də diqqətindən yayınmır. İndi seçim Ermənistanındır.
İki ölkə uzun müddət davam etmiş gərginliyi aradan qaldırmalı, ədavət və düşmənçiliyə son qoymalıdırlar. Sülh sazişinin imzalanmasının əsas şərtlərindən biri İrəvanın ərazi iddialarından əl çəkməsi və sərhədlərimizin bütövlüyünün qarşılıqlı şəkildə tanınmasıdır. İrəvan istər Praqa, istərsə də Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Lakin Ermənistanda siyasi dairələr bu bəyanatların heç bir "hüquqi" əsasının olmadığını iddia edirlər. Səbəb kimi isə Ermənistanın müstəqillik aktını və Konstitusiyasını əsas gətirirlər. Belə ki, Ermənistanın bu iki əsas qanununda Azərbaycana və Qarabağa qarşı ərazi iddiaları təsbit edilib. Bu isə o deməkdir ki, İrəvan, ilk növbədə bu "hüquqi" əngəlləri ortadan qaldırmalı, yəni Azərbaycana qarşı ərazi iddialarına dəlalət edən bütün hallara son qoymalıdır.
Bu gün Ermənistan hökuməti sülhə hazır olduğunu desə də bu istiqamətdə heç bir addım atmır. Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hələ də davam etməkdədir. Ölkəmizə qarşı ərazi iddiaları Ermənistanın Konstitusiyasında öz əksini tapıb, eləcə də Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilib. Bu isə bütün beynəlxalq təşkilatların mövqeyinə ziddir. BMT Təhlükəsizlik Şurası, ATƏT və digər bütün beynəlxalq təşkilatlar Azərbaycanın Qarabağ ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu tanıyıb. BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmasına dair bir neçə qətnaməsi bunu bir daha sübut edir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və olacaqdır. Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb. Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var.
Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib: "Erməni əhali Azərbaycanda ən böyük milli azlıq deyil. Konstitusiyamız ölkədə yaşayan bütün etnoslar, o cümlədən ermənilər üçün bərabər hüquqlar yaradır. Lakin təəssüf ki, Ermənistan hökumətindən qondarma Dağlıq Qarabağın statusu barədə bəyanatlar eşidirik, bu isə həm səmərəli deyil, həm də Ermənistanın özü üçün təhlükəlidir. Ermənistan hökuməti tarixi yenidən yazmaq cəhdlərindən əl çəkməlidir. Tarix artıq yazılıb". Bununla yanaşı, dövlət başçısı diqqətə çatdırıb ki, Qarabağ münaqişəsinin həlli regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün yeni imkan və fürsətlər yaradıb. Azərbaycanın münaqişədən sonrakı yanaşması barədə Forum iştirakçılarına məlumat verən Prezident İlham Əliyev bildirib ki, bu müharibə ədalətin, beynəlxalq hüququn və milli ləyaqətin bərpasına yönəlmişdi: "Bu, dünyada unikal bir haldır ki, uzunmüddətli münaqişədən sonra bir dövlət işğalçını öz torpaqlarından qovub və ədaləti bərpa edib. Dünyada belə hallara heç də çox rast gəlinmir. Biz niyə sülh istəyirik?! Çünki biz sabit, dayanıqlı və inkişaf regionu yaratmaq istəyirik".
Beləliklə, Azərbaycan bir daha həm Ermənistana, həm də dünya ictimaiyyətinə konkret mesajlar verir ki, Qarabağ məsələsi ölkəmiz üçün bitib və burada qalan ermənilər Azərbaycan vətəndaşları kimi yaşamaqlarına davam edə bilərlər. Bu prosesdə Qarabağ ermənilərinin özləri də getdikcə maraqlı tərəfə çevrilir. Məsələ burasındadır ki, Qarabağdakı erməni icmasının hüquqları Ermənistan və işğalı dəstəkləyənlər tərəfindən davamlı şəkildə tapdanır. Həmin ermənilərin vətəndaşlıq pasportu yoxdur. Onlara ən yaxşı halda Ermənistan pasportları verilir. Bu da o deməkdir ki, həmin ermənilərin Qarabağa aidiyyəti yoxdur. Qarabağdakı erməni icmasının üzvlərinin hüquqlarının bərpası Azərbaycan vətəndaşlığından başlayır. Bu təmin olunmayanadək Qarabağ erməniləri müxtəlif problemlərlə üzləşəcəklər.
Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi