2020-ci ildə Azərbaycanın qəti qələbəsi ilə nəticələnən Vətən müharibəsində 30 ilə yaxın erməni işğalında qalan torpaqlarımız azad olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi gündən ərazi bütövlüyünün bərpası üçün ilk növbədə, iqtisadi gücün vacibliyini bəyan etdi. Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan güc toplamağa başladı, iqtisadi müstəqillik təmin edildi, Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı olmayan müasir dövlətə çevrildi. Beləliklə, Azərbaycan dünya üçün çox nadir inkişaf modelini yaratdı. Ölkənin iqtisadi cəhətdən yüksəlişi ordu quruculuğunda da dönüşə səbəb oldu. Ən əsası isə Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını dönə-dönə sübut etdilər. Bütün bu amillər Azərbaycanın mütləq Qələbəsini tam şərtləndirdi. 44 günlük müharibədə Azərbaycan parlaq qələbə qazanaraq düşməni məğlub etdi və işğala son qoydu.
Müharibədən sonra Ermənistan imzaladığı üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməməklə yanaşı, hərbi təxribatlar törətməkdən də əl çəkmir. Ötən son 3 ildə sülh danışıqlarının aparılması istiqamətində Brüsseldə, Praqada, Moskvada, Kişineuda görüşlər keçirilib. Hətta bu ilin may ayında keçirilən Brüssel görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Ardıcıl olaraq keçirilən Moskva və Kişineu görüşləri də uğurla başa çatdı. Lakin iki ölkə arasında sülh danışıqlarının intensivləşdiyi bir vaxtda sərhəddə və Qarabağ bölgəsində ermənilər tərəfindən yenə də təxribatlar törədilir. Bu hərbi təxribatlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüzdür. Ermənilər son illər nə qədər çalışsalar da güvəndikləri dövlətlərin, beynəlxalq birliklərin dəstəyini ala bilmədilər. Onların ardı-arası kəsilməyən geniş təxribatlarının kökündə də məhz qorxu və çarəsizlik dayanır. Ermənistan isə hər zaman olduğu kimi, öz mənfur xislətindən əl çəkmir və müxtəlif təxribatlar vasitəsilə bölgədə distabillik yaratmağa çalışır. Bölgədə yerləşən rus sülhməramlılarının arxasında gizlənməyə çalışan silahlı terror qruplaşmalarının əməlləri imzalanmış bəyanatların ruhuna və bəndlərinə ziddir. İşğalçı və məğlub ölkə bu təxribatı ilə bir daha dünya ictimaiyyətinin gözü qarşısında revanşist niyyətlərindən əl çəkmədiyini nümayiş etdirdi. Azərbaycan həmişə qonşusunun bu kimi əməllərinə səbir nümayiş etdirib. Lakin onlar unutmamalıdır ki, bu səbrin də bir sonu var. Ermənistanda baş qaldırmaq istəyən revanşist qüvvələr dəmir yumruğun yerində olduğunu unutmamalıdırlar. Düşmən tərəfin hər təxribatında çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilir. Ermənistan kimi kasıb ölkənin həmin silahları almaq üçün maddi imkanı yox dərəcəsindədir. Ermənilər hərbi avantüralarının nəticəsini öncədən görməli və bu əməllərinə son qoymalıdırlar.
44 günlük İkinci Qarabağ müharibəsində Ermənistan Azərbaycan Ordusundan aldığı dərsi unutmuş ola bilər. Lakin ordumuz erməni qoşunlarının təxribatlarının qarşısını qətiyyətlə almaqla bir daha verilən dərsi onlara xatırladır. Azərbaycan dövləti tarixi Zəfərinin ilk günündən qarşı tərəfə sülh təklifini irəli sürür və eyni zamanda, bu təklifin uzun müddət masa üzərində qala bilməyəcəyini bəyan edir. Bu bəyanat Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajdır. Lakin bu mesajı düzgün analiz edə bilməyən bu məğlub ölkə təxribatçı təcavüz aktlarını xaricdən olan himayədarlarının diktəsi ilə davam etdirir. Göründüyü kimi, regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan və onun ərazisindən məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub. Ermənilər belə etməklə, Azərbaycan xalqının Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışını ləngitmək istəyir. Eyni zamanda düşmən ölkənin geniş təxribatlarının arxasında regionda etimad quruculuğunu pozmaq