Ermənistanda hökm sürən qeyri-müəyyənlik 30 illik müstəqillik dövrünün ən pik həddinə çatıb. İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistanın siyasi rəhbərliyi hazırkı vəziyyətdə düşdükləri durumun günahkarı kimi keçmiş hakimiyyəti göstərir.
Vətən müharibəsində fiziki və mənəvi baxımdan Azərbaycana məğlub olan ermənilər 10 noyabr Bəyanatını imzalamaqla ölkəsinin kapitulyasiyasını etiraf etmiş oldu. Uzun illərdir bu ölkənin yürütdüyü xarici siyasətin ana xəttində terrorçuluq, işğalçılıq dururdusa, daxili siyasətinin əsas prizması monoetnikliyə yönəlib. İran istisna olmaqla qonşulara ürəkaçan münasibətin olmaması onun iqtisadiyyatına da kölgə salıb. Xarici ianələr sayəsində ayaqda durmağa çalışan ölkədə demoqrafik vəziyyət də getdikcə pisləşməyə doğru gedir. Hər il Ermənistanı tərk edənlərin sayı durmadan artır. Artıq Nikol Paşinyan da Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edir və başa düşür ki, hər iki ölkə arasındakı normallaşma prosesi yalnız Azərbaycanın ərazi bütövlüyünün rəsmi şəkildə tanınmasından asılıdır. Ermənistan baş naziri parlamentdə çıxışında erməni xalqına bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır.
Prezident İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verərkən sülh danışıqlarına toxunub və bu məsələyə münasibət bildirərək qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Almatı Bəyannaməsi əsasında həll olunmalıdır. O da nəyi göstərir? O da göstərir ki, müttəfiq respublikalar arasında olan sərhədlər dövlət sərhədləri sayılır. Beləliklə, bax, bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyən Ermənistan bu gün "Qarabağ Azərbaycandır və nida" sözlərimizi təkrar etməlidir. Çünki əgər "A" deyibsə "B" də deməlidir. Almatı Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır.
Müharibədə kapitulyasiyaya gedən Ermənistanda daxili siyasi böhran özünün növbəti mərhələsinə qədəm qoyub. Baş nazir Nikol Paşinyanın mövcud vəziyyətdə atdığı addımlar isə onsuz da ölkədə hökm sürən qeyri-müəyyənliyi daha da artırır. Ölkədə təkcə müxalifət-iqtidar qarşıdurması deyil, hakim partiya daxilində, o cümlədən hökumətdə təmsil olunan yüksək vəzifəli şəxslərin də istefaları ənənəvi hal alıb.
2020-ci ilin payızında Azərbaycana hücum etməklə tarixin ən səhv qərarlarından birini verən İrəvan rəhbərliyi onsuz da sosial-iqtisadi böhran keçirən Ermənistanın vəziyyətini daha da ağırlaşdırıb. Belə ki, ölkədə anarxiyanın mövcudluğunu, əhalinin yoxsul və səfalət içində yaşadığını ölkə rəsmiləri də etiraf edir. Hazırkı iqtidara qarşı birləşən müxalifət partiyalarının təşkilatçılığı ilə keçirilən kütləvi etiraz aksiyaları, ölkədə hökm sürən iqtisadi çöküş artıq Paşinyan hakimiyyətinin də qarşısında ən ciddi təhdidlərdir. Pandemiya və İkinci Qarabağ müharibəsinə qədər bu ölkədə iqtisadi inqilabın baş verdiyi bildirilirdi. Lakin ekspertlər vurğulayır ki, iqtisadi siyasət bu templərlə davam edərsə, ölkədə tamamilə kollaps vəziyyət yaranacaq.
Ölkəsini rüsvay etməkdə davam edən Nikol Paşinyana artıq müttəfiqlərindən də kömək gəlmir. Ermənistan parlamentində də partiyalar arasında qarşıdurmalar və dava-dalaşlar səngimir, tərəflər siyasi böhrana görə bir-birlərini günahlandırırlar. Hayastan fraksiyasının deputatı Tevanyan Paşinyan hükumətinin erməni xalqını aldatdığını bildirir. Qeyd edir ki, müharibə zamanı hakimiyyət erməni xalqına qalib gələcəyini söylədi, lakin məğlub oldular. Hamınızı sevirik dedilər, amma minlərlə insan öldü.
Türkiyə-Ermənistan münasibətlərinə və Vaşinqton görüşünə münasibət bildirən deputat deyib: "Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında Ankaranın şərtləri icra olunur. Hazırda ABŞ-da baş tutan danışıqlarda Azərbaycanın istəkləri dəstəklənir və Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır". Artıq erməni siyasətçilər də Cənubi Qafqazda güc balansının Türkiyə-Azərbaycan lehinə dəyişdiyini etiraf edirlər. 30 il ərzində güclü inkişaf yolu keçən Azərbaycan regionda bayraq kimi zirvələrə ucalır. Ermənistan isə