Ermənistanda Dövlət Bayrağımız yandırıldı
Siyasət

Ermənistanda Dövlət Bayrağımız yandırıldı

Baş Prokurorluq

Aprelin 14- Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət düşmənçiliyin salınmasına yönəlmiş nümayişkaranə hərəkətlərlə Azərbaycan Bayrağı yandırılıb.

Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.2, 283.2.1 (zor tətbiq edilməklə milli nifrət düşmənçiliyin salınması), 12.2, 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli nifrət düşmənçiliyin salınması) 12.2, 324- (Azərbaycan Respublikasının Dövlət Bayrağı barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, milli nifrət düşmənçiliyin salınmasına yönəlmiş bu cinayət əməlini törədən Aram Nikolyan digərlərinin milli beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilmələri məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndərilməsi onların cəzalandırılmaları üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi təmin olunacaq.

İstintaqın gedişatı nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

"Azərbaycan Respublikası "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunmuş Beynəlxalq konvensiyaya bu qəbildən olan bütün əməllərin cəzalandırılmalı olması ilə bağlı prinsiplərə sadiqliyini bir daha nümayiş etdirir, eləcə beynəlxalq ictimaiyyəti Ermənistanı kəskin qınamağa, o cümlədən Ermənistan tərəfindən beynəlxalq hüquq beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl olunmasını təmin etməyə çağırır", - məlumatda qeyd edilib.                                         

 

Ombudsman

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Səbinə Əliyeva Ermənistanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı zamanı Azərbaycan Dövlət Bayrağının yandırılmasına münasibət bildirib.

Bu barədə ombudsman Aparatından məlumat verilib.

Məlumatda deyilir: "Aprelin 14- Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını qəti şəkildə qınayır azərbaycanlılara qarşı etnik nifrət zəminində baş verən təxribat kimi qiymətləndirirəm.

Hesab edirəm ki, beynəlxalq səviyyəli idman yarışının təşkilatçısı qismində çıxış edən Ermənistan həmin yarışın keçirilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək belə bir hadisənin baş verməsinə şərait yaratdığına görə beynəlxalq ictimaiyyət qarşısında cavab verməlidir.

Ermənistan tərəfindən nifrət zəminində törədilən bu digər əməllər azərbaycanofobiya siyasətinin bariz təzahürüdür.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) olaraq müvafiq beynəlxalq təşkilatları, xüsusilə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını Beynəlxalq Olimpiya Komitəsini törədilmiş bu vandalizm aktına ciddi reaksiya verməyə, idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud şəkildə pozulması ilə nəticələnmiş bu əməlin törədilməsinə imkan yaratmış təşkilatçı dövlətə qarşı mövcud beynəlxalq qaydalara müvafiq olaraq qəti tədbirlər görməyə çağırıram".                               

 

Qərbi Azərbaycan İcması

Qərbi Azərbaycan İcması Ermənistanda Azərbaycan Bayrağının yandırılması ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Ermənistanda Azərbaycan əsgərinə işgəncə verilməsi görüntülərinin yayılmasından cəmi bir gün sonra, bu ölkədə Azərbaycana qarşı növbəti nifrət aktı törədilmişdir. Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının televiziya ilə beynəlxalq aləmə canlı yayımlanan açılış mərasimində Ermənistan İctimai Televiziyasının əməkdaşı, bu ölkədə tanınmış dizayner sözügedən çempionatın təşkilatçılığında yer alan bir şəxs Azərbaycanın Bayrağını nümayişkaranə şəkildə yandırmışdır.

Ermənistanın qanunvericiliyində xarici ölkənin dövlət simvollarına qarşı hörmətsizliyin cinayət sayılmasına baxmayaraq, polis beynəlxalq ictimaiyyətin gözü qarşısında cinayət törətmiş bu şəxsi elə həmin gün azad etmişdir. Ən ağrılısı odur ki, Azərbaycan Bayrağının səhnədə yandırılması tamaşaçıların alqışları ilə müşayiət olunmuş, polis tərəfindən azad edilən həmin şəxs bu ölkənin parlament üzvləri daxil olmaqla, çoxsaylı kütlə tərəfindən qəhrəman kimi qarşılanmışdır.

Bütün bunlar Ermənistanda Azərbaycana qarşı dövlət tərəfindən dəstəklənən sistemli şəkildə aparılan etnik nifrət siyasətinin