Tarix ən yaxşı bələdçidir, onun ibrət dərsləri isə işğalçı dövlətləri həmişə ağır məğlubiyyət, məhrumiyyət, faciələr və insan qırğınları ilə üz-üzə qoyub. İki ildən artıqdır ki, Ermənistan məhz bu ağrıları yaşamağa məcburdur. Vaxtilə torpaqlarımıza köçürülən və burada məskunlaşdırılan ermənilər uzun illərdir ki, qurduqları xəyallardan və fərziyyələrdən qurtulmaq istəmirlər. Soyqırımı və terror erməni ideologiyasının əsas mahiyyətini əks etdirir, özünü dünyaya məzlum və əzilən millət kimi göstərməyə çalışan, əsl xisləti isə terrordan başqa bir şey olmayan erməni faşizminin iç və gerçək siması tam obyektivliyi ilə açılır. Tarixin bəlli olan və açılmayan səhifələri onu göstərir ki, ermənilərin ən böyük xəyalı silah və terror gücü ilə "dənizdən-dənizə böyük Ermənistan" dövləti yaratmaq olub. Bu məqsədlə ermənilər Armenakan, Qnçaq, Daşnaksütyun və Asala terror təşkilatları yaradaraq "qan tökmədən "dənizdən-dənizə" ideyamız mümkün deyil" şüarı ilə bəşəriyyətə təhlükə yaradırlar.
Azərbaycanın taleyinə çox məkrli, həyasız, hiyləgər və yaramaz bir düşmənlə qonşu olmaq düşüb. Ermənilər xalqımıza qarşı həmişə düşmənçilik mövqeyində dayanaraq sığındıqları torpaqlara fəlakət və faciələr gətiriblər. Havadarlarına arxalanaraq Ermənistan 1991-1993-cü illərdə Qarabağı və Şərqi Zəngəzuru işğal edərək 800 minə yaxın azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti həyata keçirdi. 2020-ci ilin payızında isə müharibə, yeni ərazilər iddiasına düşən Ermənistan keçmiş təmas xəttində arası kəsilməyən təxribatlar törədir, kəndlərimizi və hərbi mövqelərimizi atəşə tuturdu. Həmin il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına qarşı ordumuzun əks-hücum əməliyyatları nəticəsində 44 gün ərzində 28 il düşmənin işğalı altında qalan torpaqlarımız azad edildi, ermənilər ən ağır itkilər verərək məğlub oldular. Döyüşə bilməyən və aciz duruma düşən ermənilər dünyanın müxtəlif yerlərindən terrorçuları cəbhəyə gətirərək döyüşməyə məcbur edirdilər. Xatırladaq ki, Ermənistan terror siyasətini davam etdirərək oktyabr ayının əvvəlində cəbhə xəttindən xeyli uzaqda yerləşən Gəncə şəhərini uzaqmənzilli raket atəşinə tutdu. Nəticədə çox sayda dinc sakin, o cümlədən uşaqlar və qadınlar həlak oldu, yaralandı. Bundan başqa, Ağdam, Tərtər, Mingəçevir, Naftalan, Bərdə, Ağcabədi, Göygöl, Xızı və Abşeron rayonları Ermənistan tərəfindən intensiv artilleriya və ballistik raket hücumlarına məruz qaldı. Evləri dağıdan, azərbaycanlıları qəsdən və məqsədli şəkildə qətlə yetirən ermənilərin qəddar hərəkətləri heç bir insanlığa sığmır və beynəlxalq cinayətin tərkib hissəsidir. Erməni xisləti taun kimi qorxuludur. Qarabağda və Şərqi Zəngəzurda silahlı qüvvələrimiz tərəfindən tar-mar edilən, döyüş texnikaları və canlı qüvvəsi məhv edilən Ermənistan ordusunun tör-töküntüləri tarixdə baş vermiş keçmiş müharibələrdə olduğu kimi, "yandırılmış torpaq" taktikasından istifadə etdilər. İşğalçılar geri çəkilərkən hər yeri minalayır, hər şeyi dağıdır, yaxud talayıb aparır, apara bilmədiyinə isə od vurub yandırırdı. Kəlbəcərdə, Laçında olduğu kimi. Bu, həm də ona görə edilirdi ki, yerli əhali, torpağın əsl sahibləri bir daha o yerlərdə məskunlaşa bilməsin.
İnformasiya cəbhəsində erməni yalanları isə baş alıb gedirdi. Həmin vaxt Prezident İlham Əliyev ABŞ-ın "Fox News" telekanalına müsahibəsində müxbirin Azərbaycan tərəfindən mülki hədəflərə hücumlar barədə iddialarına çox qəti və sərrast cavab verərək demişdi ki, biz mülki şəxslərə hücum etmirik. Ermənistanın Gəncə şəhərinə qarşı onlarca adamın həlak olduğu ballistik raketlərlə törətdiyi amansız hücumdan, terror aktından sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq, lakin döyüş meydanında. Biz mülki şəxslərə hücum etmirik. Biz dini məkanlara hücum etmirik.
Ermənistan terrorçu dövlətdir, türk qanına susayan körpə qatilidir, Xocalı soyqırımını törədən cinayətkardır. Yadda saxlamaq lazımdır ki, erməni heç vaxt erməniliyini unutmur. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda (Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı və İkinci Qarabağ müharibəsinə son qoyan razılaşma) Ermənistan yeni reallığı qəbul etməyə və sülh qurmağa razılaşdı. Lakin o vaxtdan bəri Laçın yolundan sui-istifadə edərək Qarabağdan Ermənistana talan edilmiş Azərbaycanın mineral ehtiyatlarını ixrac edir, Qarabağda öz hərbi qüvvələrini qurmaq, yeni istehkamlar tikmək üçün üçüncü ölkə vətəndaşlarını cəlb edir, eyni zamanda azərbaycanlılara qarşı terroru davam etdirmək məqsədilə mina daşıyırdı. Məhz buna görə azərbaycanlı ekofəallar və könüllülər Laçın-Xankəndi yolunda iki aydan artıqdır ki, etiraz aksiyası keçirir, sərvətlərimizin talan edilməsinin qarşısını alırlar. Təəssüf ki, Ermənistan, onun diasporu və xarici havadarları son vaxtlar bu faktların qabağını almaq üçün təbliğat kampaniyasına başlayıblar. Kampaniyanın birbaşa məqsədi Amerika və Avropa tərəfindən Bakıya təzyiq etməkdir. Əsas məqsəd isə 2020-ci ilin noyabrında Ermənistanın müharibədə məğlubiyyətini etiraf etdiyi zaman başlayan sülh prosesini pozmaqdır. Erməni yalanlarına inananların sayı gündən-günə azalır. Görürlər ki, Laçın-Xankəndi yolu humanitar yüklər üçün açıqdır, gün ərzində bu yoldan 50-yə yaxın yük maşını hərəkət edir, Xankəndiyə ərzaq, dava-dərman və digər zəruri məhsullar daşınır. Ermənilər isə "blokada" çığırmaqdan bezmirlər. Yeri gəlmişkən, hər gün izlədiyimiz erməni mətbuatı son dörd-beş gün ərzində "xilaskar", "xeyirxah mələk" R.Vardanyan haqqında bir kəlmə də yazmır. Görünür, onun Xankəndidən qaçması sərsəm erməni xəyallarının və fərziyyələrinin növbəti dəfə puç olmasından xəbər verir. Vardanyan qaçmağa üstünlük versə də, erməni xalq artisti Nikolay Çaturyan Ermənistan rəhbərliyinin siyasətini tənqid edərək, erməni əhalisini "böyük Ermənistan"la bağlı miflərə inanmamağa çağırıb. Çaturyan yazır ki, hamı ABŞ və Fransadan kömək gözləyir. Boş işlərlə məşğul olmaqdan əl çəkin. Hamımız bilirik ki, Azərbaycan güclü dövlətdir. Onun nefti və digər təbii sərvətləri mövcuddur. Bəs bizim nəyimiz var? Əlimizdə olanları da ruslara vermişik. Xəritədə Ermənistan kiçik bir dövlətdir, hansısa görünməyən nöqtədir. Mən heç vaxt bizim millətin bəzi nümayəndələri kimi axmaq insanlar görməmişəm. Biz düzgün diplomatiya apara bilmirik və ancaq şəxsi maraqlarımızı güdürük. Nə vaxtsa biz "dənizdən-dənizə böyük Ermənistan" ola bilərdik. Amma indi bu, bataqlıqdan-bataqlığa ifadəsi ilə əvəzlənib.
Erməni də olsa, haqlı sözlər deyib.
Salman ALIOĞLU,
"Respublika".