Ermənistanın kapitulyasiya aktını imzalamasından artıq 30 ay keçib. Bu aylar ərzində Prezident İlham Əliyevin sülh çağırışlarını Ermənistan hakimiyyəti qarşılıqsız buraxıb. Onlar sülhə xələl gətirəcək davranışlara yol verir, təxribatları davam etdirirlər. Sülh çağırışına cavab verilməməsinin əsas məqsədi vaxt uzatmaq və problemin həllinə daha çox tərəf cəlb etməklə onu çoxtərəfli hala gətirməkdir. Açıq-aşkar görünür ki, Ermənistan bəzi ölkələrdən silah-sursat almağa davam edir və ölkələri Azərbaycan əleyhinə siyasət aparmağa yönəltməyə çalışır.
Hindistandan və başqa ölkələrdən alınan silah sistemləri Ermənistanın 10 noyabr Bəyannaməsi ilə düşdüyü məğlub vəziyyətlə barışmadığını göstərir. Və belə görünür ki, İrəvan yeni silah sistemləri alaraq növbəti müharibəyə hazırlaşır. Eyni sözləri beynəlxalq təşkilatlar haqqında da söyləmək olar. Son aylarda Ermənistan Avropa İttifaqı və AŞPA-da Azərbaycanla bağlı məsələləri qaldırmaq istəyir və diplomatik zəmində xeyli dərəcədə fəallaşıblar. Avropa missiyasını Ermənistanda yerləşdirirlər, indi məqsədləri odur ki, Avropa İttifaqı Azərbaycanın daxili işlərinə qarışsın, Qarabağa da bir missiya göndərsin. Bu fikirləri açıqlamasında siyasi ekspert Volkan Aydemir vurğulayıb. O deyib ki, ermənilər Laçındakı sərhəd-keçid məntəqəsinin götürülməsi üçün AŞPA-ya yalvarırlar. Amma sərhəddə keçid məntəqəsi yaratmaq Azərbaycanın tam hüququdur, buna heç bir dövlət qarışa bilməz. Hər zaman olduğu kimi, Ermənistan yenə də saxta məlumatlar yayır ki, guya Qarabağ erməniləri blokadadadır. Hansı ki, təxribata özləri əl atdılar, Azərbaycan hərbçisinə atılan atəşin cavabı olaraq sərhəd-keçid məntəqəsi öz fəaliyyətini dayandırdı.
Ermənistanın ikiüzlü siyasət yürütdüyünü deyən V.Aydemir bildirib ki, rəsmi İrəvan başqalarının mənfəəti üçün öz gələcəyini təhlükəyə atır:
"Üzərində silahları olmayan və rus sülhməramlılarının nəzarətində olan əsgərə atəş açılması qəbuledilməz bir hərəkətdir. Həmçinin bunun ardınca sərhəddə ermənilər yenidən terror fəaliyyətinə başlayaraq Azərbaycanın mövqelərini atəşə tutub. Bu düşməncəsinə hərəkətdən sonra isə Azərbaycan haqlı olaraq Laçın nəzarət-buraxılış məntəqəsindən keçidi dayandırdı və tədbir görməyə başladı. Təbii ki, əraziyə zirehli texnikanın yerləşdirilməsi Ermənistanın atacağı terrorçu addımların qarşısını almaq üçün vacibdir. Çünki bu, Azərbaycanın qərarlılığını ortaya qoyur. Başadüşülən odur ki, 10 noyabr müqaviləsindən sonra Ermənistan heç özü nə etdiyini bilmir və tez-tez fikirlərini dəyişir. Ermənilərin başa düşdüyü yeganə dil "Dəmir yumruq"dur.
Siyasi ekspert əlavə edib ki, rəsmi Bakının Ermənistan tərəfindən uzadılan sülh müqaviləsini gözləməyə səbri qalmayıb: "Ermənistan Azərbaycan və Türkiyənin uzatdığı sülh əlini qəbul etmir və təxribatlara davam edir. Bir tərəfdən Vaşinqtonda, Brüsseldə keçirilən görüşlərdə sülhdən, sabitlikdən danışır, Qarabağın Azərbaycan torpaqları olduğunu, Türkiyə ilə münasibətləri normallaşdırmaq istədiyini deyir, digər tərəfdən isə silahlanır. Bir dövlət həm sülh istəyib, həm də silahlanmamalı, terrorçu fəaliyyətlər, təxribatlar törətməməlidir. Dünyanın ən ağır məğlubiyyətini yaşayan Ermənistan təxribatlar törədərək zaman qazanmağa davam edir. Təbii ki, bunu təkbaşına etmir. İran, Fransa və Rusiya başda olmaqla onu dəstəkləyənlər var. Onlara arxalanaraq dövlət əxlaqına yaraşmayan davranışlar sərgiləyir. Əgər qalib bir ordusu, xalqı və rəhbəri olan Azərbaycanın uzatdığı barış əlinə qarşı mərmi ilə cavab verilirsə, bu, səbrin son həddidir. Ona görə ki, Ermənistan başqasının dəstəyi ilə silahlanır. Belə vəziyyətdə isə Azərbaycanın hərbi yola əl atmaqdan başqa çarəsi qalmır. Ümumiyyətlə, heç kəs Azərbaycanın torpağına, bayrağına və suverenliyinə dil uzada bilməz. Artıq rəsmi İrəvan bunu anlamalıdır. Əgər belə davam edərsə, Azərbaycan öz işini özü görəcək. Bu vəziyyətdə isə Türkiyə Şuşa Bəyannaməsi ilə birlikdə qalxan qardaş yumruğu konteksində Azərbaycana hər cür maddi və mənəvi kömək göstərəcək", - deyə vurğulayıb V.Aydemir: ''Ümumiyyətlə, Ermənistanın