Ermənilərin puç olan xəyalları
Digər xəbərlər

Ermənilərin puç olan xəyalları

Hazırda bütün dünyanın diqqəti Türkiyədə mayın 28- keçiriləcək prezident seçkisinin ikinci mərhələsinə yönəlib. Kifayət qədər vaxt qalmasına baxmayaraq, beynəlxalq araşdırma mərkəzləri siyasətçilər Rəcəb Tayyib Ərdoğanın daha çox səs toplayaraq qalib gələcəyini proqnozlaşdırırlar. Təbii ki, bu təxmin ilk turun nəticələri əsasında edilir.

Belə ki, Ərdoğanın əsas rəqibi sayılan Kamal Kılıçdaroğlu ilə arasında 5 faiz, təxminən 2 milyondan çox səs fərqi var. Eyni zamanda, Ərdoğanın sədrlik etdiyi Ədalət İnkişaf Partiyasının daxil olduğu Cümhur İttifaqının parlamentdə çox yer qazanması da ikinci tura təsir edəcək. İlk mərhələdə prezidentliyə namizəd olan Sinan Oğana verilən səsləri analiz edəndə görürük ki, onlar milliyyətçi qismin səsləridir. Milliyyətçilərin seçiminin isə indiki halda Kılıçdaroğlu deyil, Ərdoğan olacağı daha real görünür

Digər tərəfdən, Millət İttifaqı Kılıçdaroğlunun qalib olacağını deyərək tərəfdarlarını inandırsa da, ilk turda bu, reallaşmadığı üçün müxalif cəbhədə çöküş müşahidə olunur, partiyalar bir-birlərini günahlandırır. Üstəlik, 6- masanın PKK, FETÖ, eləcə erməni kürd separatçıları ilə əməkdaşlıq, imperialist güclərlə birgə hərəkət, qərbdən gələn bütün təklifləri qəbul etmək barədə açıqlamaları da ciddi səs itkisinə səbəb olur.

Bunlar Kılıçdaroğlunun seçilmə şansını minimuma endirsə , hələ qərb erməni mətbuatı Millət İttifaqının namizədinin kampaniyasını aparırlar. Bunun əsas səbəbi sözsüz ki, Türkiyə müxalifətinin qərbyönümlü siyasətini elan etməsidir. Kılıçdaroğlu birbaşa deyir ki, NATO ölkələrinin ümumi kursunu rəhbər tutacaq. Müxalifət qalib gəlsə, Türkiyə - üzvlüklə bağlı danışıqları bərpa edəcək, sonra isə Avropa İttifaqına doğru addımlar atacaq, yəni Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayacaq. Kılıçdaroğlu Türkiyədəki seçkidə qalib gəlsə, bu, bölgə üçün yeni təhlükə olacaq. Qərbin vəzifəsi Türkiyənin əli ilə regionda qeyri-sabitlik yaratmaq olacaq.

Amma seçkilərin Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına mümkün təsiri müzakirə olunası məsələdir. Bir qisim Kılıçdaroğlunun ermənilərlə yaxınlığını nəzərə alaraq normallaşma, eləcə rahat gediş-gəlişin mümkün ola biləcəyini deyirlər. Amma düşünsək ki, Millət İttifaqının namizədi heç biri seçki proqramında Ankara-İrəvan normallaşması mövzusunu qeyd etməyib, onda səsvermənin nəticələrinin bu prosesə ciddi təsir göstərməyəcəyini deyə bilərik. Nəzərə almaq lazımdır ki, müxalifətin namizədinin Azərbaycanın əleyhinə olan fikirləri şəxsi ambisiyaları ilə bağlıdır. Ona görə Kılıçdaroğlu qalib gəlsə, proseslərin inkişafında ciddi dəyişikliklər gözlənilmir. Bəlkə məxfi diplomatiya bir az şəffaflaşa bilər, Ermənistan-Türkiyə sərhədlərinin üçüncü ölkələr, yaxın bir neçə ay ərzində isə vətəndaşlar üçün açılması məsələsi daha tez həll oluna bilər. Paralel olaraq səfirliklər açıla bilər. Amma xüsusi tərəfdaşlığın qurulacağı ehtimal olunmur. Xüsusilə son dövrdə ölkələr arasında Nemezis abidəsilə bağlı yaşanan problemdən sonra bu ehtimal daha da azalıb.

Amma istənilən halda Kılıçdaroğlunun Qərbə inteqrasiya meyillərinin güclü olması onu Ermənistan ictimaiyyətində Ərdoğandan daha arzuolunan edir. Erməni türkoloq Anuş Ovannisyanın da son çıxışında görünür ki, ermənilərə heç müxalifətin iqtidara gəlməsi tam mənasında sərf etmir. Sadəcə olaraq, Ərdoğanın rəsmi Bakı ilə aktiv təmasları, eləcə türk dünyasına dəstəyi nəzərə alınanda, İrəvanın başqa seçimi qalmır. Paşinyan hökuməti düşünür ki, Kılıçdaroğlu qərb tərəfindən daha çox idarə olunacaq, bu da onun xarici siyasətini İrəvanla dialoq üçün daha əlverişli edəcək.

Bu məqamda Türkiyədə yaşayan ermənilərin seçkiyə qədər təsir imkanları olduğu sualına da cavab tapmaq lazım gəlir. Doğrudur, Türkiyədə parlament seçkilərinin nəticələrindən sonra İstanbuldakı erməni icmasının fəal üzvü, erməni həkim Sevan Sevacoğlu deputat seçilib. Eləcə guya Osmanlı dövründən qalmış müsəlman olan Türkiyəyə qarışmış ermənilərin "Müsəlman