"Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir...". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bildirib.
Bəli, yalan ermənilərin xislətindədir. Bu, "keyfiyyət" onlarda o qədər güclüdür ki, hətta dövlət siyasətinə də sirayət edib. Yalan ermənilərin ən güclü "silah"ıdır. Tarixi saxtalaşdırmağı vərdişə çevirən ermənilər bu gün də həmin vərdişlərindən əl çəkmir, bugünkü reallıqları da saxtalaşdırır, beynəlxalq ictimaiyyəti də bu yalanlara inandırmağa çalışırlar. Lakin Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi siyasi strategiya ermənilərin bütün yalanlarını ifşa edir. Belə ki, müharibə dövründə də Ermənistan rəsmi orqanları həm öz xalqına, həm də beynəlxalq ictimaiyyətə olmazın yalanlarını söylədilər. Hadrut işğaldan azad edildikdən sonra ermənilər onun hələ də onların nəzarətində olduğu barədə yalan məlumatlar yaydılar. Azərbaycan Prezidentinin Hadrutun azad edilməsi xəbərini xalqımıza çatdırması ilə Ermənistan rəsmilərinin yalanları üzə çıxdı.
2021-ci ildə dövlət başçısı Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bu məsələyə də toxundu. Qeyd etdi ki, Ermənistanın tarixi də, keçmişi də, dövlətçiliyi də saxtadır, onların təbliğatı da yalan üzərində qurulub. Dünya erməniliyi yaşadığı ölkələrdə də elə bir yalan rəy yaradıb ki, sanki onlar əsrlər boyu burada yaşayıblar. Elə işğal etdikləri Azərbaycan ərazilərində də bu mənzərəni yaratmağa cəhd edirdilər. Lakin çirkin niyyətləri baş tutmadı. Artıq bütün dünyaya bəllidir ki, Ermənistan öz dövlətini Azərbaycan torpaqlarında qurub. Təəssüf ki, qurulduğu ilk gündən bar-bar bağırıb dünyanı bu torpaqların onların qədim torpaqları olduğuna inandırmağa çalışıblar. Elə Paşinyan "Qarabağ Ermənistandır, nöqtə", - deyərkən də erməni xülyalarına əsaslanırdı. Təbii ki, "Qarabağ Azərbaycandır. Nida işarəsi",- deyən Azərbaycan Prezidenti ona tarix dərsi verməklə həm də yerində oturtdu. Sübut etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz bir qarış torpağımızı belə heç kəsə peşkəş verməyəcəyik.
Ermənistan öz yalanlarına özü də inanır. Məsələn, Ermənistan hakimiyyətinə sərt mövqeyi ilə tanınan, hər yazılarında Paşinyanı xəyanətdə günahlandıran Rusiya ermənilərinin "Yekramos.org" saytı 2023-cü ilin martında guya Qarabağda yaşayan "müxtəlif dinlərin və konfessiyaların nümayəndələrinin" Xankəndidə "dəyirmi masa" keçirdikləri haqda xəbər yaymışdı. Xəbərdə deyilirdi ki, "tədbiri" Xankəndidəki qondarma "rus icması"na rəhbərlik edən Aleksandr Bordov təşkil edib. Bordov 2021-ci ilin iyununda Azərbaycan torpaqlarındakı saxta "rus icması"nın rəhbəri təyin edilmişdi. O, Bakıda anadan olmuş ermənidir. Rusiya FTX-nın akademiyasını bitirib. Məqsədi bölgədə gərginliyi artırmaq olub. Maraqlısı budur ki, "dəyirmi masa"da "dinlərarası əlaqələrin möhkəmləndirilməsində göstərdiyi səylərə görə" Bordova təşəkkür də edilib. Əlbəttə ki, əsas diqqət "Laçın yolunun blokadası"na və "humanitar böhran"a yönəlib.
Sayt, həmçinin tədbirdə "İslam din xadimlərinin nümayəndəsi" Umaxan Saigitovun da iştirak etdiyini yazırdı: "Hazırkı son dərəcə çətin vəziyyətdə mənəvi səviyyədə ünsiyyətimiz xüsusilə dəyərlidir. Təbii ki, qarşıda hələ çox şey var. Ötən ilin martında dinc əhali istilik olmadığından çətinlik yaşayıb, bu gün də yol bağlanıb. Bu hallar tibb müəssisələrinin, uşaq bağçalarının, məktəblərin işini çətinləşdirir. Yemək problemi də var. Bütün bu çətinlikləri sadə insanların yaşamasına təəssüflənirəm. Biz müsəlmanlar ümumbəşəri dəyərlərimiz naminə - ədalət naminə həm Qarabağ torpağında, həm də dünyanın bu gün qan tökülən digər bölgələrində sülh və firavanlıq üçün Uca Yaradana dua edirik", - deyə Saigitovdan sitat gətirilib.
Sayt məqaləsində qeyd edir ki, Erməni Apostol kilsəsinin ruhanisi Mesrop Mkrtçyan da "sülhdən" danışıb: "Allah birdir! Ermənilərin ənənəvi İslamla heç bir problemi olmayıb və yoxdur. Dağlıq Qarabağ münaqişəsi dini xarakter daşımır", - deyib. Bordov da deyib ki: "İslamla düşmənçiliyimiz yoxdur". Əslində, bu pafoslu çıxışların müəllifləri işğal etdikləri Azərbaycan torpaqlarında saysız-hesabsız məscid dağıdıb, onları təhqir ediblər. Bax, buna deyərlər ki, "Utanmasan oynamağa nə var ki?"... Ermənistan heç bir yalanı uydurmaqdan utanmır.
Ermənilər həm də nankordur, onlara edilən yaxşılığı tez unudurlar. Rusiya əleyhinə bəyanatlar səsləndirmələri, ən böyük havadarının üzünə ağ olmaları da deyilənləri təsdiq edir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bu ilin sentyabrında keçirdiyi brifinqdə deyib ki, "Regionda çoxlu sayda baş vermiş gərginliyi məhz Moskva və birbaşa bizim ölkəmizin Prezidenti Vladimir Putin tərəfindən söndürmək mümkün olub. Nə əcəb İrəvanda bunu bilmirlər? Əlbəttə ki, bilirlər. Bəs, onda niyə görə onlar belə bəyanatlar səsləndirirlər?! Onlar tarixi yenidən yazmaq istəyirlər? Bu, alınmayacaq. Ona görə ki, erməni xalqı öz tarixini çox yaxşı bilir. Həm yeni, həm də əsrlik tarixini... Bizim ölkənin erməni xalqının və Ermənistanın taleyindəki rolunu da çox yaxşı bilir". Bəli, rusiyalı diplomatın da dediyi kimi, həqiqətən də ermənilər tarixlərinin saxta olduğunu, yalan üzərində qurulduğunu çox gözəl bilirlər.
Sentyabr ayında Qarabağda keçirilən antiterror tədbirlərindən sonra bölgə separatçılardan təmizləndi. Ermənilər Qarabağı tərk etməyə başladılar. Onların Laçın sərhəd-buraxılış məntəqəsindən keçidini yerli media yaxından izləyir, bölgəni tərk edənlərdən müsahibələr də götürürdü. Ermənilər onlara heç bir təzyiq göstərilmədiyini, onlarla yaxşı rəftar edildiyini deyirdilər. Ermənistan isə əksinə, Azərbaycanı guya erməni xalqına qarşı "soyrıqımı" törətməkdə ittiham edir.
İndi dünyanın bir çox gücləri ermənilərin bu yalanına da inanırlar. Qoy inansınlar, çünki yalan danışmaq ermənilərin şakərində olduğu kimi, bu uydurmalara inanmaq, yaxud da o yalanları həqiqət kimi qəbul etmək də o "ağalara" xasdır. Ancaq belə bir məsəl var: "Yalançının evi yandı, heç kəs inanmadı". Günlərin bir günü ermənilərə də inanmayacaqlar...
Zümrüd QURBANQIZI,
"Respublika".