İrəvanın mərkəzində daşnak, faşist əlaltılarına ucaldılan ''Nemezis'' abidəsinin qoyulması Türkiyədə hiddətlə qarşılanıb. Bununla bağlı açıqlama verən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İrəvanda 1920-ci illərdə Türkiyə və Azərbaycan siyasətçilərinin qətlini törədənlərə abidənin qoyulmasını qəbul edə bilməyəcəklərini deyib. "Biz hava məkanını Ermənistanın üçüncü ölkələrə uçan təyyarələri üçün bağlamışıq. Biz təyyarələri ölkəmizə zəruri hallarda buraxacağıq, lakin Ermənistanın Türkiyəyə və Azərbaycana qarşı təxribatları davam etdikcə laynerlərin və şəxsi təyyarələrin uçuşuna icazə verməyəcəyik. Hətta Paşinyanın təyyarəsi üçün də bağladıq. Onlar bu məsələlərdə israr etsələr, normallaşma prosesi kəsiləcək", - deyə nazir bildirib. M.Çavuşoğlunun sözlərinə görə, Ermənistan təxribatları dayandırmasa, rəsmi Ankara digər tədbirlərə də əl atacaq.
Özünü məzlum kimi göstərən Nikol Paşinyan və komandası bu tip abidələrin qoyulmasından guya narazı olduqlarını bildiriblər. Amma millətçi, revanşist, antitürk qüvvələrdən ehtiyat edərək sərt mövqe səsləndirə bilmədiklərini açıq şəkildə etiraf ediblər.
Türkiyə cəmiyyətində sərhədlərin açılmasına qarşı etirazlar artmağa başlayıb. ''Türkiyə Ermənistana olan barışıq niyyətinin qarşılığını görmür. İrəvan isə bütün yaxşı, sülh addımlarını görməzdən gəlir. Türkiyənin bu qərarlı fikrini davam etməsi lazımdır. Çünki Ermənistan bundan dərs çıxarmalıdır. Təkcə "Nemezis" abidəsi deyil, bayraqlarımız da ermənilər tərəfdən yandırılıb. Bu da ermənilərin hələ də sülhə tam razı olmadığını göstərir. Ermənistanda terrorizmin dövlət siyasəti səviyyəsində dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənməlidir və Ermənistan terror siyasətinə son qoymalıdır''. Bu fikri Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (Taddef) vitse-prezidenti Sərdar Ünsal vurğulayıb. O, bildirib ki, erməni lobbisinin və Ermənistan dövlətinin ucaltdığı bu abidə ermənilərin nə qədər qisasçı olduğunu ortaya qoydu. Ona görə də Ermənistanla sərhəd qapıları açıla bilməz və biz onların açılmasını istəmirik.
Ermənilərin insanlığı, sülhü, dostluğu anlamadıqlarını deyən Sərdar Ünsal onların beyinlərinin və qəlblərinin türkə qarşı kin və nifrətlə dolu olduğunu dilə gətirib. O deyib ki, "İrəvanda erməni terrorunu və qətliamını əks etdirən abidə açdılar. Bu qəbuledilməzdir. Ermənistanla sərhəd qapıları açılmamalı, dostluq qurulmamalı, onların anladığı dildə danışılmalıdır. Dövlətimizə öz hava məkanını erməni təyyarələrinin üzünə bağladığına görə çox təşəkkür edirik. Ermənilər açıq-aşkar hər sahədə türklərə qarşı düşmənçilik edirlər. Biz sərhəddə yaşayan insanlar olaraq "Əlican" sərhəd qapısının açılmasını istəmirik, biz qisasçı millət deyilik. Amma xüsusilə erməni diasporu dünyada bu məsələlərə son qoymalıdır. Üstəlik, ermənilər İğdırdan tutmuş Ərzuruma, o cümlədən Vana öz torpaqları kimi baxırlar və sərhədlərimizi tanımırlar. Onlar Konstitusiyalarında belə Ağrı dağını öz sərhədləri daxilində göstərirlər. Abidələr açır, Türkiyə və Azərbaycan bayraqlarını yandırırlar".
Sərdar Ünsal vurğulayıb ki, Ermənistan 1915-ci il hadisələri ilə bağlı iddialarından əl çəkmədikcə və Türkiyə sərhədlərini tanımadığı müddətcə "Əlican" Sərhəd Qapısının açılmasının əleyhinədirlər: "Biz İrəvanda "Nemezis abidəsi"nin açılışını qətiyyətlə pisləyirik, çünki bu biabırçı abidənin açılışı 31 diplomatın və onların ailə üzvlərinin qətlə yetirildiyi dəhşətli qanlı terror aktını tərənnüm edir. Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin ruhu ilə bir araya sığmayan bu cür təxribatçı addımlar, heç bir halda regionda davamlı sülh və sabitliyin bərqərar olması səylərinə töhfə verməyəcək, əksinə, normallaşma prosesinə mənfi təsir göstərəcək. Ermənistanın terror siyasəti və tarix boyu həyata keçirdiyi terror aktlarının təbliğatı bu abidə ilə aparılıb, ermənilər türk millətinə qarşı terror aktları törətməyə sövq edilib".
Onu da qeyd edək ki, dünyanın müxtəlif ölkələrində terror aktlarını yerinə yetirən 27 ən güclü təşkilatın 12-si məhz ermənilərə məxsusdur. Bunlardan "Hnçak", ASALA, MAQ, "Erməni birliyi", "Ermənistan azadlıq